• $
  • £

Bakıda banklar dollar satışını dayandırıb

Bakıda banklar dollar satışını dayandırıb
22.08.2015 15:04

Bu gün səhər saatlarında Bakı şəhərində fəaliyyət göstərən əksər bank filialları və valyuta mübadilə şöbələri nağd ABŞ dollarının müştərilərə satışını dayandırıb. Bəzi mübadilə şöbələri hətta avro satışını da həyata keçirmir.

ANN.Az Report saytının məlumatına istinadən məlumat verir ki, "Unibank", "Bank of Baku", "Accessbank", "Zaminbank" və s. kommersiya banklarının paytaxtdakı valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutanın satışı prosesinin nə vaxt bərpa olunacağı haqqında məlumatsız olduqlarını və əməliyyatları baş ofisdən aldıqları göstəriş əsasında dayandırdıqlarını qeyd ediblər. 

"Report"un şəhərin mərkəzi hissəsində apardığı müşahidələrə əsasən, "Zaminbank", "Kredo bank", "Atrabank", "Muğanbank", "AGBank", Azərbaycan Beynəlxalq Bankı, "Amrahbank" və "United Credit Bank"ın əksər valyuta mübadilə şöbələri və bir çox filial və mübadilə şöbələri bağlanıb, açıq olanlar isə əsasən İran rialı, Gürcüstan larisi və Rusiya rublunun alqı-satqısını həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən gün ABŞ dollarının rəsmi məzənnəsini 1,0479 manat səviyyəsində müəyyənləşdirib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Azərbaycanda dollar və avro bahalaşdı
04:59
Azərbaycanda dollar və avro bahalaşdı
Azərbaycanda dollar ucuzlaşdı - Məzənnə
04:59
Azərbaycanda dollar ucuzlaşdı - Məzənnə
Xarici valyuta məzənnələri – RƏSMİ
04:58
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol