Neftin ucuzlaşmasını ancaq bu yol əngəlləyə bilər - AÇIQLAMA
Bu gün neftin dünya bazarında sürətlə ucuzlaşmasını ancaq savaş əngəlləyə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərq gündəmini dəyərləndirərkən politoloq Azər Qasımlı deyib. Ekspert çox maraqlı məqamlara toxunub:
"Yaxın Şərqlə bağlı vəziyyət ürəkaçan deyil. İŞİD, Suriyanın dağılması, İraqda sünnilərlə şiələr və kürdlər arasındakı gərginlik, həmçinin ölkənin təhdid altında olması böyük problem olaraq qalır. Səudiyyə və Yəmən arasında müharibənin yenidən qızışması Yaxın Şərqi böyük təhlükə altında qoyur. Yəmənə qarşı intervensiya Səudiyyə və İsrailin İrana qarşı bir təxribatıdır. Səudiyyə vaxtilə çox böyük bir səhvə yol verib. Çünki Yəmənə qarşı intervensiyanın davamı Yaxın Şərqdə böyük bir partlayışla nəticələnə bilər”.
Politoloqun sözlərinə görə, Yəmən-Səudiyyə savaşının yenidən alovlanması mövcud durumda birbaşa Rusiyaya sərf edir:
"Neftin dünya bazarında sürətlə ucuzlaşmasını ancaq savaş əngəlləyə bilər. Səudiyyə isə bu şansı çoxdan öz əli ilə Rusiyaya verib. Rusiya Yəməndəki müxalif şiələri silahlandırarsa və Səudiyyənin neft quyularının olduğu ərazilər bombardman edilərsə, olacaqları proqnozlaşdırmaq çətin deyil. Hər halda hazırkı qlobal problemlər bunu deməyə əsas verir.
Çox yaxın perspektivdə neftin qiyməti 30 dollara qədər enə bilər. Bunun qarşısını ala biləcək və Yaxın Şərqdəki siyasi proseslərə təsir edə biləcək əsas oyunçu məhz Rusiyadır. Yəni Rusiya Yəmən-Suriya savaşının alovlanmasından yaralanmaq üçün Səudiyyəyə qarşı böyük bir oyun oynaya bilər. Yaxın Şərqin qaynar savaş zonasına çevrilməsi isə prosesi daha da tezləşdirəcək. Sözügedən savaş meydana çıxarsa, neftin qiyməti yenidən qalxa bilər. İranın da bu oyunda yer ala biləcəyi istisna olunmur. Ancaq Tehrana sərf edən bu durum Qərblə münasibətlərinin üstündən bir xətt çəkə bilər.
Beləcə, çox böyük qlobal oyunların şahidi olacağıq. Bir sözlə, Yaxın Şərq böyük müharibələr astanasındadır və nəticə etibarilə III Dünya savaşı qaçılmaz ola bilər”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər