• $
  • £

Azərbaycan paytaxtında keçmiş polis əməkdaşı qətlə yetirilib - YENİLƏNİB+FOTOLAR

Azərbaycan paytaxtında keçmiş polis əməkdaşı qətlə yetirilib - YENİLƏNİB+FOTOLAR
28.08.2015 10:40
Bakıda silahlı insident olub

Azərbaycan paytaxtında silahlı insident olub.
 
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.
 
Daha sonra R. Həsənov idarə etdiyi "Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi "Toyota” markalı avtomobilə çırpıb. Nəticədə R. Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən R. Həsənov saxlanılıb.
 
Polisdən bildirilib ki, qətlə yetirilən N. İbrahimov keçmiş polis əməkdaşıdır.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


 
 
***
 
Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, qara rəngli 10 VM 006 nömrə nişanlı "Leksus” markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən maşının (nömrəsi -333) sürücüsünü güllələyib. 8 güllə yarası alan şəxs hadisə yerindəcə keçinib.
 
Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək, "Şevrolet” markalı maşına çırpılıb və avtomobilini aşırıb. Əldə etdiyimiz məlumata görə, "Leksus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirlib. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti ağırdır.
 
Cinayət törədən şəxsin polis işçisi olduğu deyilir.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı AzNews.az-a təsdiqləyib.
 
Hadisə barədə əlavə məlumat veriləcək.
 
 
 

 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol