• $
  • £

Şirkətlər ölkəyə dərman idxalını dayandırdı

Şirkətlər ölkəyə dərman idxalını dayandırdı
02.09.2015 17:20
Azərbaycana dərmanların gətirilməsi ilə məşğul olan bir çox şirkətlər bahalı dərmanların idxalı dayandırıb. 

ANS PRESS-in məluamtına görə şirkətlər bunu onlara sərf etməməsi ilə izah edirlər. Dərman gətirilməsi və satışı ilə məşğul olan şirkətlərdən biri məlumat verdi ki, bir çox bahalı dərman vasitləri var ki, qiymətləri dövlət tərəfindən tənzimləndikdən sonra onları gətirmək maddi cəhətdən şirkəti qane etməyəcək. Şirkət nümayəndəsinin sözlərinə görə ,məsələn, dərmanın ampulasını 4 dollara alsalar da, burda 2 manat manata satmağa məcbur olurlar. Bu isə onlara sərf etmir. Nəticədə şirkət bu dərmanı ölkəyə gətirməkdən vaz keçir.

Digər şirkətlərdən birinin nümayəndəsi İrina Əliyeva bildirdi ki, onlar hazırda gözləmə mövqeyindədirlər."Sentyabr ayının 15-dən sonra qiymətlərin tənzimləməsini gözləyirik. İdxal olunan ölkələr dəyişələcək. Məsələn, seftriakson əvvəl Ukraynadan gətirildi, indi isə Rusiyadan gətirələcək. Bu ölkələr arasında qiymətləri müqayisə etsək, Rusiyadan seftriakson və bir çox dərmanları gətirmək sərfəlidir."

Amma bu dərmanların tərkibinin dəyişdirilməsi demək deyil, yalnız onların adları dəyişəcək”-şirkət nümayəndəsi əlavə edib.

Ekspertlər isə hesab edirlər əgər şirkətlər bahalı dərmanların idxalından vaz keçərsə, onda ölkəmizdə dərman qıtlığı əmələ gələ bilər və nəticədə dərmanları tapmaq çətinləşə bilər.

İqtisadçı Vüqar Bayramov isə qeyd edir ki, bahalı dərmanların gətirilməməsi dərman bazarında dəyişikl iyə səbəb ola bilər. "Dərmanların qiyməti insanların maddi vəziyyətinə uyğun müəyyən edilib. Şirkətlər bu dərmanların idxalından vaz keçsə də, bu yalnız müvəqqəti xarakter daşıyacaq. Sonda sahibkarlar məcbur olub yenidən həmin dərmanların satışına başlayacaq."

Səhiyyə Nazirliyindən isə məsələ ilə bağlı ANS PRESS-ə bildirdilər ki, ölkədə dərman qıtlığı yarana bilməz.Qurumun analitika- ekspertiza şöbəsinin müdir müavini Pərviz Əzizbəyovun sözlərinə görə dərman çatışmazlğının qarşısını almaq üçün bütün tədbirlər görülüb.

"Hökumətin qərarı ilə dərmanlar müəyyən olunmuş qiymətlərlə satılmalıdır. Bu isə dərman çatışmazlığına gətirib çıxarmamalıdır. Dərman qıtlığı ilə bağlı heç bir söhbət ola bilməz. 25 təsiredici maddə üzrə 1057 dərman vasıtəsinin tənzimlənmış və satış qiyməti sentyabr 15-də müəyyən olacaq.Əgər pasient aptekdə hansısa bir dərmanı tapa bilməsə, həkimin məsləhəti ilə onu eyni tərkibli olan digər dərmanla əvəz edə bilər."

Pərviz Əzizbəyov həmçinin əlavə edib ki,ötən illə müqayisə də, cari ildə dərman idxalı artıb və yetərli qədər təsiredici maddələr var.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol