• $
  • £

Səbail rayonunda qanunsuz tikintilərlə bağlı reydlər

Səbail rayonunda qanunsuz tikintilərlə bağlı reydlər
16.10.2015 10:54
 Səbail rayonunda qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlərə başlanıb.

 Bu barədə "Report"a rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Məlumatda qeyd olunub ki, dəfələrlə rayonun Badamdar qəsəbəsi və Şıx ərazisindəki "Dostluq parkı" yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərə yol verilməsi halları ilə bağlı narazılıqlar olub: "Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanıb.

Keçirilən reyd zamanı Badamdar qəsəbəsinin yeni yaşayış massivləri və ona bitişik olan "Dostluq parkı" ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanan və qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aparılan 40-dan çox fakt aşkarlanaraq burada tikinti işləri dayandırılıb, boş sahələrin hasarları sökülərək ərazi təmizlənib".

İcra Hakimiyyətinin məlumatına görə, reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılıb və qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüquq-mühafizə orqanlarına göndəriləcək.

Eyni zamanda, qəsəbədə vətəndaşlar tərəfindən müvafiq mülkiyyət və tikinti aparılmasına icazə verən layihə sənədləri əsasında fərdi yaşayış evlərinin inşası davam etdirilir və onlara heç bir maneə törədilmir: "Səbail rayonunda qanunsuz olaraq torpaq sahələrini zəbt edən, qeyri-qanuni tikinti işlərinə cəhd edən işbazların müəyyənləşməsi və onların qanuna zidd əməllərin qarşısının alınması ilə bağlı reydlər gələcəkdə də davam etdiriləcək və ərazilərə nəzarət gücləndiriləcək".   

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol