• $
  • £

Lənkəranda evləri su basdı, 18 nəfər təxliyə edildi

Lənkəranda evləri su basdı, 18 nəfər təxliyə edildi
17.10.2015 09:41
İki gün aramsız yağan yağışlar Lənkəranda fəsadlar törədib.

"Report" xəbər verir ki, axşam saatlarında daha da güclənən leysan yağışları nəticəsində bir sıra yaşayış məhəllələri su altında qalıb.

Dağətəyi kəndlərin sakinlərinə ciddi ziyan dəyib. Hələlik dəyən ziyanın həcmi məlum olmasa da, ev quşları və xırdabuynuzlu heyvanlar arasında tələfatın olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin "Cənub” dalğıc-axtarış qrupu Bürcəli və Türkəkəran kəndlərində əhalinin təxliyə edilməsinə cəlb olunub. Gecə saat 00.10 radələrində Növbətçi hissəyə daxil olan telefon zəngindən sonra ilk olaraq Həsənovlar ailəsinin ikisi azyaşlı olmaqla 6 nəfər üzvü FHN əməkdaşları tərəfindən qayıq vasitəsilə evlərindən təxliyə edilib.

FHN Cənub regional mərkəzinin məlumatına görə, ümumilikdə Bürcəli və Türkəkəran kəndlərində 18 nəfərə yardım göstərilib. Onlardan 7-si azyaşlı, 6 nəfəri qadın olub. Xilasetmə işləri bir neçə saat ərzində davam edib.

Kənd sakinlərinin bildirdiyinə görə, həyətlərdən su sel şəklində keçərək, nisbətən çökək olan ərazilərdə toplanıb. Bu da hansısa bəndin uçması ehtimlını yaradır. Hazırda həyətlərə yığılan suyun hündürlüyü 1-1,5 metrə çatır. Rayonun digər kəndlərində də daşqınların olduğu bildirilir.
FHN-nin yaydığı rəsmi məlumata görə, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub. Qurumun Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin "Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib. Əməliyyat saat 03:32 də başa çatıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol