• $
  • £

İmişlidə “MTN-nin xüsusi agenti” həbs edildi

İmişlidə “MTN-nin xüsusi agenti” həbs edildi
17.10.2015 13:04
İmişli polisi özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edən 33 yaşlı şəxsi saxlayıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Mehbalıyev Ramin Eldar oğlu vətəndaşların etibarından istifadə edərək onları aldadıb. 

Polis Şöbəsinə daxil olan şikayət əsasında məlum olub ki, adı çəkilən şəxs 2015-ci ilin may-iyun aylarında özünü MTN əməkdaşı kimi təqdim edərək İmişli sakini  Qismət Yunusludan onun oğlunu MTN Akademiyasına düzəltmək adı ilə 10500 ABŞ dolları və daha sonra 6800 manat alıb. Araşdırma zamanı R.Mehbalıyevin başqa bir İmişli sakinindən də 1700 manat borc aldığı və borcu geri qaytarmadığı məlum olub. Hazırda istintaq həmin şəxsin digər dələduzluq əməllərinin olub-olmadığını araşdırır. R. Mehbalıyev barəsində İmişli rayon məhkəməsi 4 aylıq həbs qəti-imkan tədbiri seçib.
 
Faktla bağlı İmişli  Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (dələduzlu) ilə cinayət işi başlanılıb, araşdırma aparılır

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol