• $
  • £

​Vergilər Nazirliyinin şöbə rəisi işdən azad edildi

​Vergilər Nazirliyinin şöbə rəisi işdən azad edildi
19.10.2015 17:54
 Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi Ramil Məhyəddin oğlu Babayev öz vəzifə funksiyalarının icrası zamanı bir sıra ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. 

Bu barədə "Report"a nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Vətəndaş müraciətlərinin araşdırılması ilə bağlı aparılmış təhlillər və daxili nəzarət tədbirləri nəticəsində R.Babayevin məsuliyyət dairəsinə aid olan ərazidə vergi ödəyiciləri ilə işlərin düzgün qurulmadığı, mövcud qaydaların tələblərinə zidd olaraq, onun tərəfindən bəzi hallarda yoxlama materiallarının araşdırılmasında vergi ödəyicilərinin iştirakının təmin edilmədiyi, yoxlama materialları əsasında çıxarılmış qərarların və tələbnamələrin vergi ödəyicilərinə göndərilmədiyi, qanunsuz idman mərc oyunlarının keçirilməsinə, müvafiq icra hakimiyyəti orqanından lisenziya almadan alkoqollu içkilərin satılmasına və aksiz markası ilə markalanmadan tütün məmulatlarının satılmasına, habelə vergi orqanlarında uçota alınmadan və nəzarət-kassa aparatı quraşdırmadan fəaliyyət göstərən vergi ödəyicilərinə qarşı qanunamüvafiq tədbirlər görülmədiyi aşkar edilib.

R.Babayev yol verdiyi nöqsanları etiraf etsə də, son bir neçə ay ərzində onun barəsində analoji nöqsanlara görə töhmət və sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət intizam tənbehi tədbirləri görüldüyü nəzərə alınaraq, vergilər nazirinin 16 oktyabr 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən Ramil Məhyəddin oğlu Babayevin vergi orqanlarında xidmətinə xitam verilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol