• $
  • £

MTN-in həbs edilən qadın generalı kimdir?

MTN-in həbs edilən qadın generalı kimdir?
20.10.2015 09:12
Həbs edilənlər arasında MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Azərbaycanın ilk general-mayoru da var.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

ANS PRESS-in məlumatına görə, həbs edilənlər arasında MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Azərbaycan tarixində ilk dəfə olaraq general-mayor hərbi rütbəsi ilə təltif olunan qadın Natəvan Mürvətovanın da adı var.

Natəvan Mürvətova Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyi ilə əlaqədar prezident İlham Əliyevin 2009-cu il 28 mart tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib. 2013-cü ildə Natəvan Mürvətova "Vətən uğrunda” medalı ilə təltif olunub. 
Azərbaycan tarixində ilk dəfə olaraq qadın general-mayor hərbi rütbəsi ilə təltif olunan Natəvan Mürvətova o vaxt Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanıldığı da bildirilir. Onlardan bir neçəsi barədə Səbayil rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar. Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol