• $
  • £

Bakıya gəlin aparmağa gələnlərə XƏBƏRDARLIQ

Bakıya gəlin aparmağa gələnlərə XƏBƏRDARLIQ
27.10.2015 15:14
Rayon qeydiyyatlı avtomobillərin Bakıya daxil olmasına məhdudiyyət qoyulması hələ də müzakirə mövzusu olmaqda davam edir.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, budəfəki narazılıq toy karvanları ilə bağlıdır. 

Məhdudiyyət tətbiq edilməzdən əvvəl bir çox hallarda rayondan Bakıya gəlin aparmağa gələnlər səhər saatlarında yola çıxırdılar.

Bəs indiki halda necə, toy karvanı paytaxta yalnız gecə saatlarında daxil olmalıdırmı?

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu kimi hallarda istisnalar ola biləcəyini deyib:

"Rayondan Bakıya toy karvanı gələrsə, o zaman bütün avtomobillərə deyil, məhz bəy-gəlin maşınına güzəşt oluna bilər”.

O qeyd edib ki, bununla bağlı hələ ki, müraciət daxil olmayıb:

"Əlbəttə, belə istisnalar ola bilər. Amma toy karvanı deyəndə, o demək deyil ki, bəy-gəlin avtomobilinin arxasına 30-40 avtomobil qoşulsun Bakıya gəlsin. Xeyr, bu mümkün ola bilməz. İstisna halda  karvandakı 1-2 rayon qeydiyyatlı maşın paytaxta buraxıla bilər, qalanlar yox!”.

Qeyd edək ki, rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 22:00-a kimi Bakıya buraxılmaması ilə bağlı qərar sentyabrın 15-dən qüvvədədir. Bu avtomobillərin saxlanması üçün paytaxtın cənub və şimal girişində duracaqlar tikilib. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol