Bakıda güclü yanğın: 12 nəfər təxliyyə edildi
Bu gün Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli binada yanğın olub.
Oxu.Az xəbər verir ki, binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox