• $
  • £

Qurban Qurbanov: "Ən azından hamı oyundan həzz aldı"

Qurban Qurbanov:
28.05.2020 21:17
"Çox danışmaq düzgün olmaz. Qalib gəlməyi çox istəyirdik. Hər bir futbolçumuzdan razı qaldım. Oyun başlayan kimi bildim ki, bura gələn hər kəs qələbə istəyir. Təəssüf ki, bəzən düşünmədiyin nəticələr olur. Bizə rəqibi təbrik etmək qalır. Avroliqanın "pley-off”unu düşünməliyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarbağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin "Viktoriya” (Çexiya) ilə cavab oyunundan (1:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Sizə elə gəlmir ki, Əfran İsmayılovdan sonra əvəzlənmə tamamlanmalı idi?

- Belə düşümürəm. Almeyda özü əvəzlənmək istədi. Rəqib getdikcə daha çox hücum edirdi. Biz əvəzləmə lazım idi. Əvəzləmələrin oyuna mənfi təsir etidiyini düşünmürəm. Oyunun gedişatı bunu tələb edirdi.

- Avroliqanın pley-off oyununa qədər bu üzüntü sizi və bizi buraxacaqmı?

- Futbolda hər bir nəticəyə hazır olmalıyıq. Hamımız bu oyunu unutmalıyıq. İstək daha çox olanda nəticə əldə etmək olur. Bizdə çatışmayan cəhətlərdən biri də odur ki, daima belə azarkeşlər önündə oynamırıq. Daha diqqətli olub, qabağa baxmalıyıq.

- Milan "İnter”i ilə oyundan sonra da "Qarabağ” yıxılmışdı. Hansı daha üzücü oldu?

- Yenidən yıxıldıq. İnamımızı itirməməliyik. Hər bir rəqibə qarşı oynamaq olar. Qistmətimizdə yoxdusa, qalib gələ bilmərik. Ən azından hamı oyundan həzz aldı. Nə "İnter”i, nə də bu oyunu düşünməliyik. 

- Artıq ikinci dəfədir ki, bəxt "Qarabağ”dan üz döndərir. Sizcə, bu qismətlə bağlıdır?

- Bizə qələbə daha vacib idi. Ancaq yəqin ki, qismət belədir.

- Bəlkə, "Qarabağ”ın bu mərhələdə dayanmağı lazımi transferlərin olmamasıdır?

- Ən başlıcası əlimizdə olan futbolçuları qoruyub saxlamalıyıq Özünüz şahidsiz ki, hər legioner bizim oyuna uyğunlaşa bilmir. Çalıçmalıyıq ki, əlimizdə olan futbolçulardan düzgün istifadə edək. Əlbəttə, hər bir komandaya hər il dəyişiklik lazımdır.

- Sizi ən çox məyus edən Miçelin boş qapıya qol vura bilməməsi oldu, yoxsa "Viktoriya”nın qolu?

- Məyusedici şeylər çoxdur. Nəticədə hər ikisi məni məyus etdi.

- Artıq bir neçə ildir ki, Reynaldo paxıl oynayır. Niyə bu problem həll olunmur?

- Reynaldonun qol ötürmələri də az olmayıb. Fikrinizlə tam razı deyiləm. Bəzi epizodlarda hücumçu oyunu öz üzərinə götürməlidir. Ola bilər ki, özü qol vurmaq istəsin. Ancaq hücumçu daha çox qol ötürməsi gözləyir.

- Etiraf etmək lazımdır ki, Premyer Liqamızızn zəif olması bu kimi oyunlarda "Qarabağ”a təsir edir?

- Biz Çexiya və Azərbaycan çempionatlarını bir tuta bilmərik. Amma oyun baxımından elə də geri qalmadıq. Əlbəttə, futbolçunun daha da möhkəm olması üçün daha çətin rəqibə qarşı oynaması lazımdı. Çempionatımız güclü olsa, futbolumuz daha çox inkişaf edəcək. Ümumən, Çexiya və Azərbaycan çempionatları arasında fərq elə də çox deyil.

- Oyunun sonlarına yaxın Elvin Yunuszadə meydana girdi. Bundan sonra rəqib asma ilə qol vurdu. 

- Oyunun gedişi bu əvəzləməni tələb edirdi. Sadəcə, bizim qismətimizdə qələbə yox idi. 

- İlk oyunda da belə hücum futbolu oynamaq olmazdımı?

- Rəqib səfərdə tam fərqli oyun göstərdi. Səfər və ev oyunları həmişə fərqli olur. Səfərdə müdafiəyə daha çox fikir verdik. Rəqibi tanımaq istədik.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol