• $
  • €
  • ₽
  • ₺
  • £

Nigar Arpadarai: "Gecə yarışları əlavə xərcdir"

Nigar Arpadarai:
29.05.2020 11:08
""Formula 1" yarışları çərçivəsində yaxın 3-4 ildə gecə yarışları keçirməyi düşünmürük".

ANN.Az xəbər verir ki, bunu Baku Grand Prix Şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib. Onun sözlərinə görə, gecə yarışları əlavə xərc tələb etdiyindən, gecə yarışları növbəti illərdə keçirilməyəcək.

N. Arpadarai əlavə edib ki, Avropa Qran Prisinə hazırlıq prosesi 783 gün davam edib. Yarışlara 47 ölkədən azarkeşlər gəlmişdi:

"Ötən il tikinti işləri aparıldı, yollar düzəldildi. Lakin bu il iş daha az olacaq. Yalnız İçərişəhərdə qəmbər daşları örtüləcək. Keçən yarışda da strategiyamızı quranda əyləncə axtaran insanları da nəzərə almışdıq. Müxtəlif maraqlı əyləncə proqramları və dünya ulduzlarının iştirakı nəzərdə tutulub. Yarışlarda səfirlər də iştirak edəcək”. 

"Bu il ölkəmizə gələn turistlərin sayı dəfələrlə artıb. Tras ətrafında olan kommersiya məqsədli obyektlərin sahibləri ilə görüşlərimiz olacaq. Ölkəmizdə daimi trek yoxdur. Bunun tikilmə və saxlanılma xərci çox böyükdür. İndi isə xərcimiz çox azdır. İlk yarışda olduğu kimi yerli səfirlər də bizimlə olacaq. Trasın konfuqrasiyasında isə heç bir dəyişiklik olmayacaq", - deyə N. Arpadarai əlavə edib.

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol