• $
  • €
  • ₽
  • ₺
  • £

"Ağ-qaralar" yubiley arzusunda

29.05.2020 09:57
Avrokuboklarda mübarizəni davam etdirən yeganə Türkiyə klubu "Beşiktaş"ın növbəti rəqibi "Olimpiakos" olub.

ANN.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsi rəqiblər arasında ilk duel olacaq.

Belə ki, bu iki komanda indiyədək avrokuboklarda üz-üzə gəlməyib. Lakin "Beşiktaş" Yunanıstan, "Olimpiakos" isə Türkiyə klubları ilə bir neçə dəfə üz-üzə gəlib.
 
İstanbul klubu 2014-cü ilin payızında "Asteras"la eyni qrupda çıxış edib. Həmin matçlarda qalib müəyyənləşməyib. Hər iki görüşdə qollu heç-heçə qeydə alınıb.
 
1/16  finalda "Osmanlıspor"u mübarizədən kənarlaşdıran "Olimpiakos" isə "Qalatasaray"la da 3 dəfə qarşılaşıb. Bu 5 görüşdə 1 bərabərlik qeydə alınıbsa, tərəflər hərəyə 2 qələbəyə sevinib. Özü də bütün qələbələr quru hesablı olub.
 
Ümumilikdə isə iki ölkə təmsilçiləri avrokuboklarda 21 dəfə görüşüb. 9 dəfə Türkiyə, 5 dəfə Yunanıstan klubları qalib gəlib. 7 oyun heç-heçə bitib. "Ağ-qaralar"ın matçında 10-cu - yubiley qələbəsinin astanasında olan qonşularımız 24 top vurub, 20-ni buraxıb.
 
1995/96, İntertoto kuboku
"Bursaspor" - OFİ - 2:1
2002/03, UEFA kuboku
"Fənərbağça" - "Panatinaikos" - 1:1, 1:4
2003/04, Çempionlar Liqası (qrupda)
"Qalatasaray" - "Olimpiakos" - 1:0, 0:3
2004/05, UEFA kuboku
"Eqaleo" - "Gənclərbnirliyi" - 1:0, 1:1
2006/07, İntertoto kuboku
"Larisa" - "Kayserispor" - 0:0, 0:2
2007/08, UEFA kuboku (qrupda)
"Panionios" - "Qalatasaray" - 0:3
2008/09, UEFA kuboku (qrupda)
"Qalatasaray" - "Olimpiakos" - 1:0
2009/10, Avropa Liqası (qrupda)
"Panatinaikos" - "Qalatasaray" - 1:3, 0:1
2010/11, Avropa Liqası
PAOK - "Fənərbağça" - 1:0, 1:1
2014/15, Avropa Liqası (qrupda)
"Beşiktaş" - "Asteras" - 1:1, 2:2
2015/16, Avropa Liqası
"Atromitos" - "Fənərbağça" - 0:1, 0:3
2016/17, Avropa Liqası
"Osmanlıspor" - "Olimpiakos" - 0:0, 0:3
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol