• $
  • €
  • ₽
  • ₺
  • £

Rafael Ağayev karateyə sevgisindən danışdı

Rafael Ağayev karateyə sevgisindən danışdı
28.05.2020 21:45
İslam Həmrəyliyi Oyunlarının səfiri Rafael Ağayev yarışıın rəsmi saytına müsahibə verib.

ANN.Az Report-a istinadən xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə "Bakı 2015” Avropa Oyunlarında qızıl medal qazanan 32 yaşlı idmançı bildirib ki, İslam Oyunlarının səfiri olmaq onun üçün qürurdur.

O, İslamiadada fəxri kürsünün 1-ci pilləsinə yüksəlmək üçün əlindən gələni edəcəyini söyləyib:

"Qazandığım qələbələrin arxasında verdiyim qurbanlar, əziyyətim, ailəm və xalqımız dayanır. Bizim üçün nəzərdə tutulan proqram mənə imkan yaradır ki, üzərimdə zəhməti və əziyyəti olan xalqımıza, hər kəsə az da olsa mənə verilən dəyəri geri qaytarım.

İdmançı kimi isə hər kəs bizdən qızıl medal gözləyir. Asan olmayacaq, çünki əksər idman növləri üzrə ən çətin rəqiblərimizlə üzləşəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik”.

5 qat dünya çempionu olan Ağayev karate ilə 7 yaşından etibarən məşğul olmağa başlayıb. İlk medalını 1994-cü ildə qazanıb: "İlk addımlarımı Sumqayıt şəhərində məşqçi Rafael Məmmədovun rəhbərliyi altında atmışam. Kiçik yaşlarımdan Brüs Linin filmlərinə baxırdım və karateyə sevgim oradan yarandı. 1994-cü ildə ilk medalı əldə etmişəm.

Bu, Rusiyanın Kastroma şəhərində olub. Yarışa çox çətinliklə gedib çıxmışdım. Yığma komanda turnirə yollanmışdı. Maddi cəhətdən çətinliyim olduğuna görə valideynim nişan üzüyünü satdı və atamla yarışa getdik.

Turnirin başlamasına 2 saat qalmış ora çatdım. Mənim üçün uğurlu oldu, finala vəsiqə qazandım. Həlledici görüşdə isə həmyerlimizə qalib gəldim. Halbuki "bir nömrəli idmançı odur deyirdilər”.

1997-ci ildən karate üzrə Azərbaycan yığma komandasına dəvət alan Ağayev həm də 10 qat Avropa çempionudur.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol