• $
  • €
  • ₽
  • ₺
  • £

"ATV rəhbərliyi müğənniləri toyda pulsuz oxutdururdu" - Nura

29.05.2020 10:24
"ATV-nin vitse -prezidenti Rauf Dadaşovun qardaşı Fuadın şəxsi restoranı var. ATV-dən müğənniləri həmin restorana pulsuz şou-proqrama göndərirdilər.
 
Müğənnilər ATV kanalının efirinə iki halda çıxa bilir. Ya pul ödəməlisən, ya da pulsuz onların göndərdiyi tədbirlərdə çıxış etməlisən”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycanın populyar estrada müğənnisi Nura Suri söyləyib.

Onun sözlərinə görə, toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərinə müğənnilərin 90%-nə pul ödənilmir.

"Bölgələrdə dövlət tədbirləri olur və bizi o tədbirlərə getmək üçün heç avtobus belə ayırmırlar. Yola da, stilistlərə də öz cibimizdən xərcləyirik. ATV kanalında Tural adlı prodüser var. Bütün bu tədbirlərə müğənniləri Tural çağırırdı. Zəng edib deyir ki, Rauf müəllim istəyir ki, filan tədbirdə, filankəsin toyunda oxuyun. Tanımadığımız adamların toyuna gedib, pulsuz oxuyurduq. Mən 7 ildən çoxdur ki, vergi ödəyicisiyəm. Pul almadığım tədbirlərdən sabah vergi gəlib soruşacaq ki, bu tədbirlərdə oxumusan. Mən onlara necə sübut edim ki, biz tədbirlərdə pulsuz oxuyuruq. Mənim efirə çıxmamağımın bir səbəbi də budur”. 

Müğənni Azərbaycanda yalnız Lider və Xəzər kanalında efirə çıxdığını sözlərinə əlavə edib. Nura Suri bu iki kanalda belə bir hallarla üzləşmədiyini söyləyib: 

"Bu problemlər həmişə ATV kanalında yaşanıb. Bir çox müğənni ATV kanalında "qara siyahı”dadır. Müğənnilərə qarşı efirdə aqresiya yaradırlar. Harasa çağırıb, getməmisən. Əvəzində efirə çağırıb "vurmağa” başlayırlar. Efirdə artıq-artıq sözlər danışıb müğənnini gözdən salmağa çalışırlar. Ona görə 2 ildir ki, ATV kanalında efirə çıxmıram. Yalnız, 106 və 106.3 FM-də mahnılarım indiyə kimi səslənib. Radioda neqativ hallarla qarşılaşmamışam”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol