• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya millisi Azərbaycana 5 qol vurdu

Almaniya millisi Azərbaycana 5 qol vurdu
09.10.2017 08:29
Azərbaycan millisi "DÇ-2018"in seçmə mərhələsində çıxışı başa vurub. "Qaynarinfo" xəbər verir ki, yığmamız son oyunda Almaniyanın qonağı olub.
C qrupunun 9 oyununda 27 xal toplayan Almaniya bu matçadək dünya çempionatına vəsiqəni təmin etmişdi. Bu səbəbdən baş məşqçi millimizlə oyunda ikinci heyətə verəxəyini əvvələdən açıqlamışdı.

Millimiz isə ən yaxşı halda 4-cü yerə ümid edirdi. Bunun üçün isə mütləq Almaniyadan xal almaq və Norveçin evdə Şimali İrlandiyaya yenilməsini gözləmək lazım idi. 

Oyuna fəal başlayan Almaniya 9-cu dəqiqədə Leon Qoretzka ilə hesabı açıb. 34-cü dəqiqədə Ramil Şeydayev gözəl qolla bərabərliyi təmin edib və ilk yarı 1:1 hesabı ilə başa çatıb. İkinci yarıda daha da fəallaşan almanlar 4 qol vurub. 55-ci dəqiqədə Sandro Vaqner, 64-cü dəqiqədə Antonio Rudiger fərqlənib. İki dəqiqə sonra Leon Qoretzka dubl edib. Son nöqtəni isə 81-ci dəqiqədə Emre Can qoyub. 5:1 hesabı ilə qalib gələn Almaniya seçmə mərhələni maksimum nəticə ilə başa vurub. 

Beləliklə, Azərbaycan millisi seçmə qrup mərhələsində həm evdə, həm də səfərdə Almaniya millisini məyus edən yeganə komanda olub. Bundestim indiyədək cəmi 4 qol buraxıb ki, onların da yarısı Azərbaycanın payına düşür. Digər tərəfdən, bu oyunadək Almaniya öz meydanında heç bir komandadan qol buraxmamışdı. Azərbaycan millisi Bundestimə belə aqibəti yaşadan ilk komanda olub. Martın 26-da Bakıda keçirilmiş oyunda Dmitri Nazarov fərqlənib. Həmin oyunda Bundestim böyük hesabla qalib gəlib - 4:1. Hazırda isə hesab bərabərdir - 1:1. 

DÇ-2018
Seçmə mərhələ
C qrupu
22.45 Almaniya - Azərbaycan 5:1

Qollar: Leon Qoretzka, 9; 66. Sandro Vaqner, 55. Antonio Rüdiger, 64. Emre Can, 81 - Ramil Şeydayev, 34.

Almaniya: 12. Bernd Leno, 2. Şkodran Mustafi (4. Mattias Ginter, 36), 6. Niklas Süle (16. Antonio Rüdiger, 22), 9. Sandro Vaqner, 10. Lars Stindl, 13. Tomas Müller (15. Amin Yunes, 69), 14. Emre Can, 18. Coşua Kimmix, 19. Leon Qoretzka, 20. Yuialn Brandt, 23. Leroy Sane.

Ehtiyat oyunçular: 1. Kevin Trapp, 22. Mark-Andre ter Ştegen, 3. Marvin Plattenhart, 5. Mats Hummels, 17. Jerom Boatenq, 21. Sebastian Rudi.
Baş məşqçi: Yoahim Löv.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev (9. Namik Ələskərov, 87), 15. Ruslan Abışov, 16. Cavid Hüseynov (13. Dmitri Nazarov, 69), 18. Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (10. Ruslan Qurbanov, 77).

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev.

Baş məşqçi: Robert Prosineçki.

Sarı vərəqə: Riçard Almeyda, 45+1.

Hakimlər: Andris Treymanis, Harald Gudermanis, Aleksey Spasyonnikov, Aleksandr Qolubev (Latviya).
Kayzerslaytern. Fritz Valter stadionu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Azərbaycan şahmatçıları Avropa Klub Kubokunda qızıl və bürünc medallar qazanıblar
İdman 18:00
Azərbaycan şahmatçıları Avropa Klub Kubokunda qızıl və bürünc medallar qazanıblar
Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib
İdman 13:54
Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib
Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı start götürür
İdman 08:59
Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı start götürür
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol