• $
  • £

Qurban Qurbanov: Heç kim “Atletiko”ya qarşı oynamaq istəmir

Qurban Qurbanov: Heç kim “Atletiko”ya qarşı oynamaq istəmir
17.10.2017 15:23
"Rəqibi hamımız yaxından tanıyırıq. Son 4 ildə 2 dəfə Çempionlar Liqasının finalında oynayıb”.

Anews.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah "Atletiko”ya qarşı keçirəcək.

 Matçdan öncə Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli çalışdırıcı Madrid klubu ilə görüş haqda bunları deyib: "Atletiko”nun öz oyun üslubu var və bu, bütün rəqiblərə çətinlik yaradır. Hələ 1 gün vaxtımız var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçular əllərindən gələni edəcəklər. Mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq”.

- "Atletiko”nun hansı zəif cəhətlərini tapa bilmisiniz?

- Rəqibin çox güclü baş məşqçisi var. Ayrı-ayrılıqda ustalıq səviyyəsi yüksək olan futbolçulara sahibdir. Onların meydanda səhvləri çox az olur. "Atletiko”nun zəif yerini tapmaq deyəndə ki, futbolçular bunu yalnız meydanda hiss etməlidir. Rəqibin nizam-intizamı yüksək səviyyədədir. Rəqiblərinə öz oyununu göstərməyə imkan vermir. Bu mənada, bizim üçün çox çətin olacaq. Amma bizim də öz düşüncələrimiz var. "Atletiko” müdafiədə çox diqqətli oynayan komandadır. Çalışmalıyıq ki, top daha çox bizdə qalsın və belə halda rəqibin zəif cəhətlərini tapaq. Lakin bunu etmək çox çətin olacaq.

 - "Qarabağ”ın hədəfi hara kimidir ki, "Atletiko” ilə matçda xal qazanmağa ümid edirsiniz?

- Hədəfimiz meydanda yaxşı mübarizə aparmaqdır. "Atletiko” ilə görüşdə, ilk növbədə, bunu etməliyik. Doğma meydanda, azarkeşlərimizin qarşısında oynayacağıq. Xal qazanmağa çalışacağıq. Əlbəttə ki, "Atletiko” ilə "Qarabağ”ın səviyyəsini yanaşı qoysaq, rəqib bizdən çox yuxarıdır. Bununla belə, maksimum nəticə üçün mübarizə aparacağıq. Həmişə güclü rəqiblərlə qarşılaşanda da ümidli oluruq, özümüzə inanırıq.

- "İnter”lə çempionat matçında dubl edən Dino Ndlovu zədələnmişdi. Onun durumu nə yerdədir?

- Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss edir. Sabah oynayıb-oynamayacağı hələ dəqiq bilinmir.

 - Uzun illər Tofiq Bəhramov adına Respublika stadionunda oynamısınız. Bundan əvvəl yalnız "Roma”ya qarşı Bakı Olimpiya Stadionunda çıxış etmişdiz. Bu məqam komanda üçün nə dərəcədə önəmlidir?

- Hər dəfə bu söhbətə qayıtmaq istəmirəm. "Roma” ilə oyunda 50-55 min azarkeş dəstəyini gördük. Artıq bu arenada da özümüzü rahat hiss edirik. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar.

 - Dino Ndlovu sabahkı qarşılaşmada iştirak etməsə, onun mövqeyində Mahir Mədətova şans verəcəksiniz, ya Ramil Şeydayevə?

- Hələ buna qərar verməmişəm. Sabaha kimi vaxtımız var. Oyun günü yekun qərarımı verəcəm.

 - "Atletiko”nun titullar qazanması, "Barselona” ilə bərabər səviyyədə oynaması komandanızda həyəcan yaratmır?

- Dünya futbolunda 7-8 komanda var ki, onların arasında keçirilən oyunlar həmişə maraqlı olur. Onların arasında "Atletiko” da var. Məndə gərginlik yoxdur. Əksinə, bu cür komandalarla qarşılaşmaq mənim üçün zövqdür. Belə məşqçilərlə üz-üzə gəlməkdən zövq alıram.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol