"Qarabağ" - "Çelsi" matçının hakiminin balı bəlli oldu
Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən "Qarabağ” - "Çelsi” matçında verdiyi qalmaqallı qərarlarla sərt reaksiyalara tuş gələn baş hakim Manuel de Souzanın qiyməti bəlli olub.
Publika.az xəbər verir ki, referinin idarəçiliyi 8.4 balla dəyərləndirilib.
M.Souza sözügedən matçda "Qarabağ”ın qapısına 2 dəfə penalti təyin etmiş və ağdamlıların kapitanı Rəşad Sadıqova qırmızı vərəqə göstərmişdi. Onun belə mübahisəli qərarlar qəbul etməsi ilə yanaşı, yüksək bal alması azarkeşlərdə şübhə və qəzəb yaradıb.
www.anews.az