• $
  • £

"Real" "Barselona"ya rusvayçı hesabla uduzdu

28.05.2020 21:48
Bu gün İspaniya La Liqasında ilin sonuncu "El-Klasiko”su keçirilib.
 
Qaynarinfo xəbər verir ki, XVII tur çərçivəsində "Real" "Barselona”nı qəbul edib.


"Santyaqo Bernabeu” stadionunda baş tutan əzəli rəqiblərin oyununda iki qol vurulub. 54-cü dəqiqədə "Barselona"dan Luis Suares hesabı açıb. 9 dəqiqə sonra qırmızı vərəqə alan Dani Karvahal "Real"ı azlıqda qoyulub. Təyin olunan penaltini Lionel Messi dəqiq yerinə yetirib. 90+3cü dəqiqədə isə Aleyks Vidal matçın yekun nəticəsini müəyyənləşdirib. Beləliklə, "Barselona" rəqib meydanında əzəli rəqibinə 3:0 hesabı ilə qalib gəlib.


Qeyd edək ki, ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan "Real" cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider "Barselona”dan 14 xal geri qalır. Lakin "Kral Klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi "Atletiko”nu 9 xal qabaqlayır.


Bu matç əzəli rəqiblərin La Liqada 175-ci dueli olub. Bu görüşlərdən 72-də madridlilər, 90-də isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə "Real"la "Barselona” 270-ci dəfə qarşılaşıb. Bunlardan 99-da paytaxt klubu, 112-də isə "göy-narıncılar” qələbə qazanıblar. 


La Liqa
XVII tur
23 dekabr


16.00 Real Madrid - Barselona 0:3
Qollar: Luis Suares, 54. Lionel Messi, 64-pen. Aleyks Vidal, 90+3.
Qırmızı vərəqə: Dani Karvahal, 63.
Real: 1. Keylor Navas, 2. Dani Karvahal, 4. Serxio Ramos, 5. Rafael Varane, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema (6. Naço Fernandes, 66), 10. Luka Modriç, 12. Marselo, 14. Kasemro (20. Marko Asensio, 72), 23. Mateo Kovaciç (11. Qaret Beyl, 72).
Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 15. Teo Hernandes, 17. Lukas Vazkuez, 22. İsko.
Baş məşqçi: Zinəddin Zidan.
Barselona: 1. Marc-Andre ter Stegen, 3. Cerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 8. Andres İnyesta (2. Nelson Semedo, 77), 9. Luis Suares, 10. Lionel Messi, 15. Paulinyo (21. Andre Qomes, 84), 18. Jordi Alba, 20. Serj Roberto (22. Aleyks Vidal, 90+1), 25. Tomas Vermaelen.Ehtiyat oyunçular: 13. Casper Killessen, 6. Denis Suares, 14. Xavyer Maskerano, 19. Lukas Digne.
Baş məşqçi: Ernesto Valverde.
Sarı vərəqələr: Serxio Ramos, 59. Marselo, 83 - Tomas Vermaelen, 18. Serxio Buskets, 88.


Baş hakim: Xose Mariya Sançes Martines.
"Santyaqo Bernabeu” stadionu. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - sərəncam
İdman 15:39
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - sərəncam
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
İdman 22:16
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
İdman 10:58
Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - Yenilənib
İdman 23:23
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - Yenilənib
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
İdman 23:54
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
İdman 20:58
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
İdman 21:55
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
Qurban Qurbanov: çox vacib səfərə çıxırıq
İdman 11:18
Qurban Qurbanov: çox vacib səfərə çıxırıq
Almaniyalı futbolçu Niklas Fyullkruq "Verder"ə keçib
İdman 18:21
Almaniyalı futbolçu Niklas Fyullkruq "Verder"ə keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol