• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-a gedəcək millimizin heyəti açıqlanıb

ABŞ-a gedəcək millimizin heyəti açıqlanıb
03.04.2018 14:15
7-8 aprel tarixində ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. 

Anews.az xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində AGF-nin I vitse-prezidenti Firdovsi Umudovun iştirakı ilə yarışda iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. 

Heyətdə Giorgi Edişeraşvili, Əfqan Xalaşov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbəy Alborov (92 kq), Roman Bəkirov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. 

Yığma komandanın baş məşqçisi olan Firdovsi Umudova məşqçi qismində Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər.

Qeyd edək ki, yığmamız Dünya Kubokunun B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Kuba, Qazaxıstan və Rusiya olacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A qrupunda yarışacaq. Lakin Rusiya millisinə hələlik viza verilmədiyindən və İran isə yarışa qatılmaqdan imtina etdiyindən, onları Monqolustan və Hindistan əvəzləyəcək. Şimal qonşularımızla bağlı məsələ tam yekunlaşdıqdan sonra asiyalılar dördüncü komanda kimi püşklə qruplara salınacaq.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz III yerdə başa vurublar. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə – 2004 və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol