• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarov futbolda uduzmalarından danışdı

Məmmədyarov futbolda uduzmalarından danışdı
26.04.2018 10:10
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VI tur başa çatıb.

Anews.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çin təmsilçisi Dinq Lirenlə heç-heçə oynayıb.

Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov partiyadan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:

"Berlindəki oyunu unutmamışam. Sadəcə indi fərqli vəziyyətdir. İddiaçılar Turnirində Lirenə uduzduğum partiyada ağ fiqurlarla oynayırdım. Berlində yalnız qələbə haqqında düşünürdüm. İndi qara fiqurlarla oynayırdım, ona görə heç-heçə normal nəticədir.

Yeni debüt seçimi etdim, sadəcə üstünlük qazana bilmədim. Rəqib çox ehtiyatlı oynayırdı. Ona görə də səhvlər demək olar ki, olmadı. Bununla belə, qarşıdakı turlara daha ciddi hazırlaşacağam. Çünki hələ turnir cədvəlində çox şey dəyişə bilər”.

İstirahət günü barədə danışan Məmmədyarov futbol yarışında finalda uduzduqları "Dünya yığması"nın heyəti barədə danışıb:

"Futbol çox maraqlı anlarla yadda qaldı. İlk görüşdə təşkilatçılardan formalaşan komandanı 8:0 hesabıyla məğlub etdik. Sonradan finalda "Dünya yığma"sına qarşı oynadıq. Yorğunluq təsirsiz ötüşmədi. Əgər ilk görüşdə əcnəbi şahmatçılarla qarşılaşsaydıq, onları məğlub edəcəkdik. Finala gücümüz qalmadı.

Həm də bizim heyətdə orta yaşlı oyunçular çox idi. Finalda 1:2 hesabıyla uduzduq. Rəqib komandada Dinq Liren, Denis Xismatulin və təbii ki, Maqnus Karlseni xüsusi qeyd edərdim. Maqnus şahmatla yanaşı, futbolu da yaxşı oynayır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol