• $
  • £

Taleh Orucov vəzifəsini itirdi

Taleh Orucov vəzifəsini itirdi
17.05.2018 14:42
Dünya Kapoeyra Federasiyasının (DKF) azərbaycanlı prezidenti Taleh Orucov vəzifəsindən azad olunub.

Oxu.Az-ın xəbərinə görə, bu ay Bakıda keçirilmiş kapoeyra üzrə dünya çempionatında DKF-nin prezidenti kimi braziliyalı Paulo Sales Neto (kapoeyrada usta Paulao Seara kimi tanınır – S.T.) təqdim olunub.

Belə ki, 2016-cı ilin oktyabrın 3-də Estoniyada keçirilən DKF-yə prezident seçkilərində namizədliyi həmin qurumun fəxri üzvü, Gənclər və İdman nazirimiz Azad Rəhimov tərəfindən irəli sürülmüş Taleh Orucov qalib olmuşdu.

Bundan sonra DKF-nin qərargahı Braziliyadan Azərbaycana köçürülmüşdü. Ötən ilin yanvarında isə təmtəraqlı şəkildə nazirlikdən Fərid Mansurovun da iştirakı ilə tədbir keçirilmiş, Taleh Orucov beynəlxalq federasiyaya rəhbərlik edən ilk azərbaycanlı prezident kimi təqdim olunmuşdu. Orucovun həmin usta Paulao Seara ilə kapoeyra rəqsi də tədbir iştirakçılarının yaddaşından silinməyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova saytımıza açıqlamasında onun DKF-dən çıxarıldığını təsdiqləyib:

"Bəli, o, vəzifəsindən çıxarılıb. Lakin onun hansı səbəbdən çıxarıldığı bilinmir. Ümumiyyətlə, onunla əlaqə saxlamaq mümkün deyil”.

Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Abıyev isə Azərbaycan Kapoeyra Federasiyasından (AKF) heç kimlə əlaqəsinin olmadığını bildirib. Taleh Orucovun özü ilə əlaqə qurmaq mümkün deyil. Ümumiyyətlə, onun adı nə DKF, nə də AKF-nin saytında rəhbər şəxslər sırasında görünür.

Əldə etdiyimiz son məlumata görə, yerli federasiyaya Nahid Ağazadə rəhbərlik edir. Taleh Orucov isə ciddi xəstəliklə mübarizə aparır. Bu səbəbdən o, Türkiyəyə getməli olub.

Qeyd edək ki, kapoeyra döyüş sənəti Azərbaycana ilk dəfə 1997-ci ildə məhz ixtisasca hüquqşünas olan Taleh Orucov tərəfindən gətirilib. 2000-ci ildə isə Bakıda AKF Orucovun rəhbərliyi altında vahid mərkəz kimi formalaşıb.

2007-ci ilin sonunda AKF təsis edilib və dövlət qeydiyyatına alınıb. İlk prezidenti Taleh Orucov olub. 2011-ci ildən AKF DKF-nin üzvüdür. Məhz dünya çempionatının bu ay Bakıda keçirilməsi onun təşəbbüsü ilə baş tutub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" Martin Zlomisliçi transfer edib
İdman 20:56
"Qarabağ" Martin Zlomisliçi transfer edib
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol