• $
  • €
  • ₽
  • ₺
  • £

QNET “Mançester Siti” ilə yeni müqavilə imzaladı

QNET “Mançester Siti” ilə yeni müqavilə imzaladı
29.05.2020 09:29
Beynəlxalq şirkət olan QNET "Mançester Siti” ilə əlaqələrini inkişaf etdirməyə davam edir. 2014-cü ildən etibarən şirkət İngiltərə Premyer Liqasının hazırkı çempionu olan kişi futbol komandasına sponsorluq edir. İndi QNET qadınlar komandası - Qadın Super Liqası 1-in qalibi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Tərəfdaşlıq Malayziyada keçirilən illik VCON konfransında açıqlanıb. Möhtəşəm tədbirdə komandanın yüksələn ulduzu Polina Bremer iştrak edib. O, VCON iştirakçıları üçün dünya futbolunda qadın futbolunun populyarlığının artması barədə danışıb.

Müqavilə üç il davam edəcək. Müqaviləyə əsasən, QNET müstəqil nümayəndələrin və daimi müştərilərinin idmançılarla görüşlərini təşkil edə bilər. Beləliklə, şirkət sağlam həyat tərzinin dəyərlərini təbliğ edə biləcək.

Qevin Makel "Mançester Siti” qadın komandasının başçısı:

"Biz bu industriyanın lideri olan QNET ilə əməkdaşlıq etməyə şadıq. Qadın futbolu inkişaf edir. QNET-lə birgə iş fəaliyyətilə biz qadın futbolunun sehrini daha çox insanlara çatdıracaq və bizim fanatlarımıza bizə daha yaxın olmaq imkanı vermiş olacağıq”.

Trevor Kun QNET şirkətinin icraçı direktoru:

"QNET artıq 20 ildir ki, sahibkarları həvəsləndirir. Bizim "Mançester Siti” ilə qovuşmağımızla həqiqətən fəxr edirik . Bu, bizim üçün əhəmiyyətli bir addımdır. Bu QNET-in dünyada qadınların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində irəlilədiyini göstərən bir işarədir".

QNET haqqında

Artıq 20 ildir ki, industriyanın nəhənglərindən biri QNET şirkəti Asiyanın möhtəşəm birbaşa satış nəhəngi olaraq, müştərilərinə və Müstəqil Nümayəndə adlanan distribüterlərinə həyat səviyyəsini yüksəldən geniş çeşiddə məhsullarını təklif edir. Şirkətin dünya üzrə 25 ofis və agentlikləri, habelə 50-dən çox loqistika mərkəzləri vardır ki, bunlar da müxtəlif ölkələrdə yerləşir. BƏƏ-də QNET-in 3 yerdə qərargahı vardır: Dubay və Əbu-Dabidə ofisləri, Dubayda yerləşən loqistika mərkəzi.

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.

QNET bütün dünyada idman sahəsində sponsurluğu ilə fəaldır. Bu idman növlərinə daxildir: Futbol, Formula 1, badminton və s. QNET deyir ki, adrenalin, sürət və komanda işi onun fəalliyətini əks etdirir. Bu yaxınlarda "Mançestr Siti” (Manchester City Football Club) futbol klubu ilə yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Daha ətraflı informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz. www.qnet.net. #QNETAzerbaycan #QNETAzerbaijian.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol