• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dünya çempionatının start götürdü

Bakıda dünya çempionatının start götürdü
05.06.2018 12:29
Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi baş tutub. 

Unikal.org-un məlumatına görə, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.

Veloparkda (Şıxov) keçirilən mötəbər yarışda 43 ölkənin 1500-dən artıq idmançısı mübarizə aparacaq.

Mərasimi giriş sözü ilə açan Eyyubov belə mötəbər yarışların ölkəmizə həvalə edilməsinin səbəblərindən danışarkən bildirib ki, beynəlxalq qurumların bizə etimadı Azərbaycanın gündən-günə çiçəklənməsinin və sürətli inkişafından irəli gəlir.

"Böyük yarışların təşkilatçılığının Azərbaycana həvalə olunması ölkəmizin gündən-günə çiçəklənməsinin, inkişafının bariz nümunəsidir. İndiyədək "Bakı 2015” I Avropa Oyunları, "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları kimi yarışlara ev sahibliyi etmişik. İdmanın bütün növlərinə qayğı ilə yanaşan Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi turnirin yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yarış meydançası bütün tələblərə cavab verir".

Bütün idmançılara uğur və qələbə sevinci arzulayan Y.Eyyubov nitqinin sonunda yarışı açıq elan edib.

Qeyd edək ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq. Proqrama əsasən, açılış mərasimindən sonra "Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. "Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol