• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada Avropanın 12-ci qələbəsi: DÇ-2018-lə bağlı maraqlı faktlar

Rusiyada Avropanın 12-ci qələbəsi: DÇ-2018-lə bağlı maraqlı faktlar
09.07.2018 13:00
Rusiyada keçirilən 21-ci FİFA Dünya Kubokunda 1934, 1966, 1982, 2006-cı illərdən sonra 5-ci dəfə yarımfinala çıxan 4 komandanın hamısı Avropanı təmsil edir. 

AzVision.az xəbər verir ki, DÇ-2018-də 1/4 finala yekun vurulduqdan sonra turnir belə demək mümkünsə, Avropa Çempionatına çevrilib.
Fransa Uruqvayı 2:0 hesabı ilə məğlub edərək ilk yarımfinalçı olub. Tarixində 6-cı dəfə yarımfinala adını yazdıran Fransa Almaniya (13), Braziliya (11), İtaliyadan (8) sonra bunu ən çox edən 4-cü komanda olub. 

Turnirin favoritlərindən sayılan Braziliyanı 2:1 hesabı ilə məğlub edən Belçika məğlubiyətsiz oyunlar seriyasını 24 oyuna çatdırıb. Bununla da Belçika millisi 1986-ci ildəki turnirdən sonra ilk dəfə mundialın yarımfinalına çıxmağı bacarıb. 

Mundialda İngiltərə də uzun müddət davam edən yarım final həsrətinə son qoyub. İsveçi 2:0 hesablı nəticə ilə məğlub edən İngiltərə millisi 1966 və 1990-dan sonra 3-cü dəfə turnirin yarım finalında mübarizə aparacaq. 

Xorvatiya isə 5-ci dəfə iştirak etdiyi çempionatda 2-ci dəfə yarım finalda oynamağa haqq qazanıb. Onlar bu uğura Rusiya millisini oyun sonrası penaltilər seriyasında məğlub etməklə nail olublar. Belə ki, oyunun əsas hissəsi 2:2 bərabərliklə başa çatdıqdan sonra qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan Xorvatiya millisinin üzvləri 4:3 hesablı qələbəyə seviniblər. Onlar 1998-ci ildə Fransada keçirilən mundialdakı 3-cülükdən sonra ilk dəfə turnirin yarımfinalına adlamağı bacarıblar. 

Qeyd etdiyimiz kimi, yarım finalda iştirak edən komandaların hamısının Avropanı təmsil etməsi 5-ci dəfə baş verir. Diqqət çəkən məqamlardan biri də bu turnirlərin (1934, 1966, 1982, 2006, 2018) hər birinə Avropa ölkələrinin ev sahibliyi etməsidir. 

1934 - ev sahibi İtaliya: İtaliya, Çexoslovakisya, Almaniya, Avstriya
1966 - ev sahibi İngiltərə: İngiltərə, Qərbi Almaniya, Portuqaliya, SSRİ
1982 – ev sahibi İspaniya: İtaliya, Qərbi Almaniaya, Polşa, Fransa 
2006 – ev sahibi Almaniya: İtaliya, Fransa, Almaniya, Portuqaliya
2018 – ev sahibi Rusiya: Xorvatiya, Belçika, Fransa, İngiltərə 

Qeyd edək ki, keçirilən 20 dünya çempionatının 11-də Avropa ölkələri, 9-da isə Cənubi Amerikalılar qalib gəlib. 20 çempionatda 8 komanda çempion titulunu qazanıb. Braziliya buna 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Argentina və Uruqvay 2 dəfə, İngiltərə, Fransa və İspaniya isə 1 dəfə nail olublar. 21-ci çempionatda isə qalib mütləq Avropanı təmsil edəcək. Bununla da Avropa ölkələri qalibiyyət sayını 12-yə çatdırmış olacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol