• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan çempionu legionerlərdən imtina edib

Azərbaycan çempionu legionerlərdən imtina edib
28.07.2018 16:25
Buna səbəb Naxçıvan təmsilçisinin strategiyasını dəyişməsidir.

Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi "Araz” klubu legionerlərdən imtina edib.

"Report”un əldə etdiyi məlumata görə, buna səbəb Naxçıvan təmsilçisinin strategiyasını dəyişməsidir. Braziliyalılar - Eduardo Borges, Everton Kardoso və Thiaqo Telez Bolinya, eləcə də iranlı Reza Toloue ilə vidaşalan "Araz”, bundan sonra yerli oyunçulara güvənəcək.

Braziliyalı Joze Alesio da Silvanın baş məşqçisi olduğu 13 qat Azərbaycan çempionu bundan sonra gənc azərbaycanlı futzalçılara üstünlük verəcək.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Araz” əsas mərhələdə "Luçenec” (Slovakiya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları 2 - 7 oktyabrda Slovakiyada keçiriləcək.

E qrupunda "Veles” (Makedoniya), "Valleta” (Malta), "Futsamba Naas” (İrlandiya) və "Kosmos Tallin” (Estoniya), F qrupunda "Hovocobo” (Hollandiya), "Reading Futsal Klub” (İngiltərə), "Vytis” (Litva), "Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin matçları 28 avqust - 2 sentyabrda baş tutacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol