• $
  • €
  • ₽
  • ₺
  • £

Maqnus Karlsen “Şah”a uduzmasından danışdı

Maqnus Karlsen “Şah”a uduzmasından danışdı
01.08.2018 21:19
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov və norveçli dünya çempionu Maqnus Karlsen İsveçrənin Bil şəhərində keçirilən Superturnirin IX turundan sonra mətbuat konfransına çıxıb.

Oxu.Az xəbər verir ki, Məmmədyarov ağ fiqurlarla qalib gəldiyi Karlsenlə görüş haqda bunları bildirib:

"Maqnus çox riskli oynayırdı, yalnız qələbə arzulayırdı. Heç-heçə etmək istəmirdi”.

Maqnus Karlsen isə bu görüşdə səhv hesablama apardığını vurğulayıb:

"Hər şeydən əvvəl Şəhriyarı turnirdə mükəmməl qələbəsi münasibətilə təbrik etmək istərdim. Məmmədyarov müəyyən üstünlük əldə etdikdən sonra mən səhv hesablama apardım. O, çox dəqiq oynadı. Ancaq yenə də oyunun gedişatı zamanı düşünürdüm ki, mövqeləri bərabərləşdirib qələbə şansı tapacağam. Ancaq ardıcıl iki kobud səhvə yol verdim və bu da partiyanın aqibətini müəyyənləşdirdi”.

Qeyd edək ki, bu görüşdən sonra Şəhriyar Məmmədyarov turnirin bitməsinə bir tur qalmış çempionluğu özünə təmin edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol