• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan idmanına növbəti şok: Bu klub da ləğv edilir

Azərbaycan idmanına növbəti şok: Bu klub da ləğv edilir
08.08.2018 12:29
Təbriz Bələdiyyə İdarəsinin idman klubu ləğv edildikdən sonra Urmiya Bələdiyyəsinin idman komandalarının da ləğv edilməsi istənilib.

Axar.az xəbər verir ki, Şəhər Şurasının 5 üzvü Urmiya "Şəhrdari” klubunun ləğv edilməsi ilə bağlı Şura rəisinə məktub ünvanlayıb.

Şura üzvləri bu təklifi maliyyə problemləri ilə əlaqələndirib. Urmiya "Şəhrdari” komandasının icraçı direktoru Peyman Rzayi "Mehr” agentliyinə bunları deyib:

"Deyilənlərə görə, Təbriz Bələdiyyəsinin klubu ləğv olunduqdan sonra Şura üzvləri maliyyə sıxıntılarına görə belə bir məsələni gündəmə gətiriblər. Lakin bizə konkret heç nə deyilməyib”.

Onun sözlərinə görə, klubun ləğvi ilə bağlı təklif şənbə günü elan olunacaq. Təklif dəstəklənərsə, Urmiyada "Şəhrdari” adı daşıyan bütün komandalar və ümumiyyətlə, Bələdiyyə İdarəsinin idman klubu ləğv ediləcək.

Maliyyə problemləri üzündən klubun ləğv edilməsi birmənalı qarşılanmır. Çünki İranda təkcə Tehranın "Perspolis” və "İstiqlal” futbol komandalarına hər il dövlət tərəfindən milyardlarla tümən vəsait ayrılır.

Qeyd edək ki, bir qədər əvvəl Təbrizdə "Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsi haqda qərar çıxarılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol