• $
  • £

Məmurların rəhbərlik etdiyi idman federasiyaları: Kim nə işlə məşğuldur?

Məmurların rəhbərlik etdiyi idman federasiyaları: Kim nə işlə məşğuldur?
12.09.2018 16:36
Hazırda Azərbaycanda 61 idman federasiyası fəaliyyət göstərir ki, onların bəzilərinə müxtəlif vəzifə daşıyan məmurlar rəhbərlik edirlər.

AZXEBER.COM Azər Niftiyevin təqdimatında məmurların rəhbərlik etdiyi idman federasiyaları və onların gördükləri işlərlə bağlı araşdırma aparıb.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) tərkibinə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan 7 gimnastika növü daxildir. Ölkəmizin ən aktiv idman federasiyalarından olan AGF Azərbaycanda bu idman növünün inkişafı və gənclər arasında yayılması istiqamətində böyük işlər görüb. Ölkə idmançılarının dünya səviyyəsində əldə etdiyi uğurlar bunun bariz nümunəsidir. Federasiya həmçinin Azərbaycanda beynəlxalq miqyaslı yarışlar təşkil edərək, bu sahədə də fərqlənməyi bacarır. AGF-nin prezidenti Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti isə Birinci vitse-prezident Katibliyinin rəisi Altay Həsənovdur.

Azərbaycan Avtomobil Federasiyasına Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov rəhbərlik edir. Son illər ölkəmizdə bu idman növünə marağın artması, gənc idmançıların əldə etdiyi uğurlar, Azərbaycanda beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi federasiyanın uğurlu fəaliyyətinin göstəricisi kimi qiymətləndirilə bilər. Etiraf etmək lazımdır ki, gənc olmasına baxmayaraq Azərbaycan Avtomobil Federasiyası üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyi bacarır.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasına Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərov rəhbərlik edir. Federasiyanın hazırda web-saytı olmasa da, son illər idmançılarımızın bu sahədə əldə etdiyi nəticələr təkzib oluna bilməz. 

Azərbaycan Boks Federasiyasına Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir. Ölkəmizin müxtəlif şəhər və rayonlarında təşkilatlanan federasiyanın fəaliyyəti ilə bağlı fikir birmənalı deyil. Bəzi boksçuların əldə etdiyi nailiyyətlər fonunda Ramal Amanov kimi peşəkar boksçuların digər ölkəni təmsil etməsi diqqətdən yayına bilməz. Nazirin rəhbərlik etdiyi Azərbaycan Taekvondo Federasiyasının fəaliyyətini isə qənaətbəxş saymaq olar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və Azərbaycan Cüdo Federasiyasına Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev rəhbərlik edir. Cüdo idman növündə ölkəmiz çoxsaylı uğurlar əldə etsə də, futbol haqqında bunu demək çətindir. Düzdür, əvvəlki illərlə müqayisədə bu sahədə müəyyən irəliləyiş var. Lakin bu heç də yüksək qiymətləndirilə bilməz. Xüsusən də milli komandanın Malta və Kosova kimi kiçik ölkələrlə qarşılaşmada göstərdiyi uğursuz nəticələr bu fikri bir daha təsdiqləyir.  AFFA-ya rəhbərliyi Rövnəq Abdullayev etsə də, federasiyanın əsas işlərini vitse-prezident Elxan Məmmədov həyata keçirir. 

Azərbaycan Şahmat Federasiyasına Mərkəzi Bankın sədri Elman Rüstəmov rəhbərlik edir. Dünyanın ən güclü üç şahmatçısından biri – Şəhriyar Məmmədyarovun yarışlara qatılmaq üçün maliyyə imkanlarının olmadığını deməsi, daha bir dünya şöhrətli şahmatçı – mərhum Vüqar Həşimovun anasının da Şəhriyara qoşulması bu sahədə vəziyyətin acınacaqlı olmasını deməyə əsas verir.

Azərbaycan Həndbol Federasiyasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov rəhbərlik edir. Federasiya bir müddətdir fəaliyyət göstərsə də, bu idman növündə ölkəmizin beynəlxalq miqyaslı uğurlarına şahidlik etmirik. Hazırda federasiyanın web-saytı mövcud olmadığına görə, Azərbaycan həndbolçularının fəaliyyəti ilə bağlı informasiyalara da rast gəlmək olmur. Demək olar ki, həndbol yığmamızın hansısa beynəlxaq turnirlərdə nəticələrinə rast gəlmək mümkün deyil. 

Azərbaycan Badminton Federasiyasına Vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edir. Federasiyanın web-saytı mövcud olsa da, bu idman növü və idmançıların əldə etdiyi nəticələr barədə ictimaiyyətin geniş informasiyası yoxdur. Düzdür, badminton bir o qədər də məşhur idman növü deyil və görünür federasiyanın fəaliyyətinin ictimai diqqət çəkməməsi həm də bu amillə bağlıdır. İstənilən halda maarifləndirmə işi artırılsaydı pis olmazdı.

Azərbaycan Stolüstü Tennis Federasiyasına İqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik edir. Federasiyanın web-saytı çox gec-gec yenilənsə də, müəyyən xəbərlər dərc edilir. Ümumilikdə isə reallıq ondan ibarətdir ki, ölkəmizdə bu idman növü geniş yayılmayıb. Nazir rəhbəri olduğu federasiyanın fəaliyyətində dönüş yaratmaq üçün ilk növbədə təbliğat-təşviqat işini gücləndirməlidir. Bu olmasa çətin ki, stolüstü tennis ölkəmizdə məşhurluq qazansın.

Azərbaycan Voleybol Federasiyasına "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov rəhbərlik edir. Azərbaycanda xüsusən qadın voleybolçuların əldə etdiyi uğurların tarixinin qədim olduğunu nəzərə alsaq, bu nailiyyəti Cavid Qurbanovun adına bağlamaq olmaz. İstənilən halda bu idman növü ölkəmizdə populyarlıq qazanıb və bunu inkar etmək olmaz.

Yelkənli Qayıq İdman Federasiyasına isə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov rəhbərlik edir. Sözügedən idman federasiyasının sosial şəbəkə hesablarında yalnız hesabat xarakterli bir neçə məlumatlar paylaşılır. Federasiyanın müəyyən işlər gördüyünü demək mümkündür. Ancaq ortada ciddi hansısa uğur yoxdur!.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol