• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA dörd məşqçini cəzalandırdı

AFFA dörd məşqçini cəzalandırdı
25.09.2018 20:28
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunun "Zirə” – "Neftçi” matçının 45-ci dəqiqəsində hər iki klubun baş məşqçiləri – Samir Abbasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar.

Bu üzdən hər iki məşqçi bir oyunluq cəzalandırılıb. Onlarım təmsil etdiyi klublar isə 800 manat cərimə olunub. Oyun sonrası mətbuat konfransında "Zirə” klubunun baş məşqçisi Samir Abbasov dördüncü hakim Ömər Paşayev haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunub. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.

"Keşlə” – "Sumqayıt” matçının 90+2-ci dəqiqəsində Bakı klubunun yamaykalı hücumçusu Andre Klenon ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Sumqayıt” ın məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə on oyunluq cəzalandırılıb. Sumqayıt klubu isə 8 min manat cərimə olunub.

"Qarabağ” – "Qəbələ” matçının 90+2-ci dəqiqəsində qonaq komandanın müdafiəçisi Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Malta ilə matçda yeganə qolumuzun müəllifi iki oyunluq cəzalandırılıb. Qəbələ klubu isə millimizin futbolçusuna görə 1600 manat cərimə ödəməli olacaq.

I divizionun IV turunun "Qaradağ Lökbatan” – "Sabah-2” matçının 90+3-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Buna görə Dərgahquliyevə bir oyunluq cəza verilib, Lökbatan klubu isə səksən manat cərimə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol