• $
  • £

Həbib hansı azərbaycanlıya uduzub? - VİDEO

Həbib hansı azərbaycanlıya uduzub? - VİDEO
19.10.2018 10:53
UFC döyüşçüsü Həbib Nurməhəmmədovun məğlub olduğu yeganə idmançının azərbaycanlı Xamis Məmmədov olması hələ də müzakirə olunmaqdadır.

Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu faktı Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov saytımıza müsahibəsində bildirmişdi.

MMA klubunun rəhbəri Şəhriyar Abbasov da mətbuata açıqlamasında vaxtilə döyüş sambosunda Nurməhəmmədovun Məmmədova uduzduğunu, müsahibələrindən birində Həbibin bunu etiraf etdiyini bildirmişdi.

Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş şəxsin bizdə olan səs yazısına görə, bu döyüş 2007-ci ildə Dağıstanda olub: 

"2004-cü ildən Xamis döyüş sambosu ilə məşğul olmağa başladı. Dağıstanda olanda Həbibin atası Əbdülmanaf Nurməhəmmədovla tanış oldu, hətta onların evində qaldı. 2007-ci ildə Dağıstan açıq çempionatında Xamis üçüncü və ya dördüncü döyüşündə Həbibə qalib gəldi. Amma sonra o, finalda dağıstanlı idmançıya uduzdu. Xamis II, Həbib isə III yeri tutdu.
 


Daha sonra 2011-ci ildə gəmidə bu iki nəfər arasında gəmidə qaydasız döyüş keçirildi. Həmin döyüşdə Həbib qalib gəldi (yeri gəlmişkən, "Youtube”da olan həmin döyüş məhz budur – S.M.). Onu Şəhriyar qızışdırdı ki, Həbibə qalib gəl, tək səni UFC-yə götürsünlər. Amma uduzdu. Əbdülmanaf onu öz oğlu kimi Poltavaya turnirlərə aparırdı. Sonra gördü ki, Xamis bir yerdə dayanmır, onunla əlaqəni kəsdi”.

Sidney Olimpiadasında boks üzrə bürünc mükafat qazanmış Vüqar Ələkbərov isə saytımıza açıqlamasında yeni iddia ilə çıxış edib. O bildirib ki, Nurməhəmmədova qalib gələn Xamis yox, başqa azərbaycanlı olub:

"Yalan deyirlər. Xamis Həbibə uduzub. Həbibə döyüş sambosunda qalib gələn başqa azərbaycanlı olub. İnternetdə rus dilində "Həbib Nurməhəmmədova qalib gəlmiş yeganə idmançı” yazın, özünüz görəcəksiniz. O, Rusiya azərbaycanlısıdır”.

Yeri gəlmişkən, belə də etdik və həmin videonu tapdıq. Məlum oldu ki, doğrudan da, döyüş sambosunda Həbibə qalib gəlmiş bir idmançı olub. Bu, Məhəmməd İbrahimovdur. Ancaq həmin idmançı azərbaycanlı yox, çeçen kimi təqdim olunur. Hətta həmin məğlubiyyətdən sonra Nurməhəmmədovun ağladığı görünür.
 
İstənilən halda, bütün bu suallara Xamis Məmmədovun özündən başqa birisi cavab verə bilməz. O isə susduqca, bu məsələdə qeyri-dəqiqlik hələ çox qalacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” növbəti transferlərini açıqlayıb
İdman 22:56
“Qarabağ” növbəti transferlərini açıqlayıb
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib
İdman 21:14
Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - sərəncam
İdman 15:39
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - sərəncam
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
İdman 22:16
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
İdman 10:58
Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - Yenilənib
İdman 23:23
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - Yenilənib
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
İdman 23:54
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
İdman 20:58
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
İdman 21:55
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol