• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Trampın qalmaqallı fondu bağlandı

Trampın qalmaqallı fondu bağlandı
19.12.2018 21:00
ABŞ prezidenti Donald Trampın qalmaqallı xeyriyyə fondu bağlanıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Nyu-York ştatının baş prokuroru Barbara Andervud açıqlama verib.

Fondun fəaliyyəti Ağ Ev rəhbəri və digər məsul şəxslərin yığılan vəsaitlərdən qanunsuz olaraq öz məqsədləri üçün istifadə etməsi ilə bağlı iddiaların yayılması fonunda dayandırılıb.

Barbara Andervud fondda qalan pul vəsaitlərinin prokurorluğun nəzarəti altında (humanitar təşkilatlara və digər qurumlara) paylaşdırılacağını açıqlayıb.

O, prezident Trampı və onun üç oğlunu fonddakı vəsaitdən şəxsi və siyasi məqsədlərlə istifadə etməkdə ittiham edir.

Fondun hüquqlarını müdafiə edən vəkil prokurorun məsələni siyasiləşdirdiyini deyir.

Vəkilin sözlərinə görə, fond ötən 10 il ərzində ayrı-ayrı humanitar təşkilatlara 19 milyon dollara yaxın vəsait köçürüb və bu məbləğin 8,25 milyon dolları şəxsən prezidentin "cibindən” gedib. İanələrin 700 müxtəlif təşkilata köçürüldüyü bildirilir.  

Qeyd edək ki, bu, ABŞ prezidenti, onun ailə üzvləri və ya yaxın silahdaşlarının adının keçdiyi sayca altıncı istintaqdır. Tramp "gizli Rusiya əlaqələrində” də ittiham olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi işləməsi qadağan olunub
Dünya 15:25
Sankt-Peterburqda miqrantların taksi sürücüsü kimi işləməsi qadağan olunub
Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
Dünya 14:56
Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
Mərakeşdə yaşayış binaları uçub, 19 nəfər ölüb
Dünya 13:38
Mərakeşdə yaşayış binaları uçub, 19 nəfər ölüb
TrampÇinlə “fantastik” ticarət razılaşması əldə olunduğunu bildirir
Dünya 10:59
TrampÇinlə “fantastik” ticarət razılaşması əldə olunduğunu bildirir
“Habertürk”ün baş redaktoru saxlanılıb
Dünya 23:26
“Habertürk”ün baş redaktoru saxlanılıb
Rusiyada qəzaya uğrayan təyyarədəki bütün heyət üzvləri həlak olub - Yenilənib
Dünya 19:19
Rusiyada qəzaya uğrayan təyyarədəki bütün heyət üzvləri həlak olub - Yenilənib
Zelenski Roma Papası ilə görüşüb - Yenilənib
Dünya 18:25
Zelenski Roma Papası ilə görüşüb - Yenilənib

Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Dünya 10:18
Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol