• $
  • £

Aleksandr Jidkov: "Hər zaman "Neftçi"yə kömək etməyə hazıram"

Aleksandr Jidkov:
28.05.2020 21:57
"Neftçi"nin və Azərbaycan milli komandasının sabiq qapıçısı Aleksandr Jidkovun "Report”a müsahibəsi


- Bu gün doğum gününüzdür, 55 yaşınız tamam olur. Əvvəlcə sizi bu münasibətlə təbrik edirik. Maraqlıdır, bu günü necə qeyd edəcəksiniz?


- Təbrikə görə təşəkkürümü bildirirəm. Yəqin ki, doğum günümü dostlarımın, məşqçi yoldaşlarımın əhatəsində - tort və çayla qeyd edəcəyəm. Düzdür, yubileyimdir, amma hər şey adi qaydada olacaq. Dostlarım artıq məni təbrik ediblər. Fürsətdən istifadə edib Azərbaycan xalqına sağlamlıq, sülh və xoşbəxtlik arzu edirəm.


- Hazırda nə işlə məşğul olursunuz?


- Rusiyanın I Liqasında çıxış edən "Avanqard” klubunda işləyirəm. Müqaviləm 4 aylıqdır. Sözləşmənin müddəti mayın sonunda başa çatacaq. Hələ ki buradayam. Bundan sonra harada olacağımı indidən deyə bilmirəm. Çünki bu işlər bir az problemli olur.


- Niyə Bakıdan getdikdən sonra hansısa yerli kluba və ya milli komandaya qayıtmadınız?


- Bakıya gəlişim, milli komandaya və ya hansısa yerli kluba məşqçi təyin olunmağım tək məndən asılı deyil. Hər şey rəhbərlikdən asılıdır. Hazırda Azərbaycan futbolunu yeni nəsil idarə edir. Buna görə, bəlkə də, onlar artıq bizi unudublar. Həmçinin indi müasir məşqçilər, işə daha fərqli yanaşma tərzi var. Onlar hər şeyi daha yaxşı bilirlər. Bütün dünyada yeni tendensiya formalaşıb. İndiki məşqçilər, futbolçular futbola bizim baxış bucağımızdan baxmırlar. Onlar üçün yeni imkanlar var. Bir sözlə, futbol bizim oynadığımız 1980-1990-cı illərdəki kimi deyil. Amma təcrübə ayrı şeydir. Düşünürəm ki, bizim təcrübəmiz həm klublar, həm də milli komanda üçün faydalı olar.


- Azərbaycan millisinin qapıçısı Emil Balayevə ölkə xaricində çıxış etmək üçün nə məsləhət görərdiniz?


- Ölkə xaricində çıxış edən həmkarlarıma məsləhət verə bilərəm. Ona isə demək istəyirəm ki, güclü olsun. Yalnız güclü futbolçular legioner həyatı yaşayırlar. Əcnəbi klublardan təklif alan qapıçılar yerli çempionatda oynayanlardan iki baş üstün olmalıdırlar. Emilə yalnız uğur və güc arzulaya bilərəm.


- "Neftçi”nin çıxışını izləyirsiniz? Sizcə, niyə komanda uzun müddətdir Azərbaycan çempionu ola bilmir?


- Əlbəttə, izləyirəm. "Neftçi” 18 yaşımda məni SSRİ-də böyük idmana gətirən, oynamaq imkanı yaradan ilk klubdur. O vaxtkı rəhbərliyin, həmçinin Sergey Kramarenkonun timsalında bu komandaya minnətdarlığımı bildirirəm. Hər zaman "Neftçi"yə kömək etməyə hazıram. Komandamı heç vaxt unutmaram. Rəhbərliyi, futbolçuları, azarkeşlərimizi yaxşı xatırlayıram. Dolu stadionlarda bizə azarkeşlik edirdilər. Bunlar unudulmaz anlardır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələnib
İdman 14:15
"Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələnib
İran millisi DÇ-2026-da iştirak edəcək
İdman 23:43
İran millisi DÇ-2026-da iştirak edəcək
“Neftçi” “Qarabağ”ı məğlub edib, "Sabah" Azərbaycan çempionu olub
İdman 22:07
“Neftçi” “Qarabağ”ı məğlub edib, "Sabah" Azərbaycan çempionu olub
Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib/Yenilənib
İdman 12:45
Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib/Yenilənib
"Neftçi" – "Qarabağ" matçına hakim təyinatları açıqlanıb
İdman 19:10
"Neftçi" – "Qarabağ" matçına hakim təyinatları açıqlanıb
Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək
İdman 11:51
Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək
“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı
İdman 21:50
“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı
“Qarabağ” “Neftçi”ni məğlub edib
İdman 20:59
“Qarabağ” “Neftçi”ni məğlub edib
Azərbaycanlı güləşçi Avropa çempionu olub
İdman 22:40
Azərbaycanlı güləşçi Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol