• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşları avqustda Türkiyədə mənzil alışını 75% artırıb

Azərbaycan vətəndaşları avqustda Türkiyədə mənzil alışını 75% artırıb
15.09.2020 20:00
Bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb.

Anews.az-ın Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 66 mənzil və yaxud 75% çoxdur.
Yanvar-avqust aylarında isə Azərbaycan vətəndaşları qonşu ölkədə 700 mənzilə sahib olub. Bu da illik müqayisədə 11 ədəd və yaxud 1,5% azdır.
Ötən ay 3 932 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin avqust ayı ilə müqayisədə 291 ədəd və yaxud 8% çoxdur.

Ötən 8 ayda isə Türkiyədə əcnəbilər 21 117 əcnəbi əmlaka sahib olub ki, bu da 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 6 934 ədəd və yaxud 24,7% azdır.

2020-ci ilin avqust ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar ötən ay 640, yanvar-avqust aylarında isə 3 808 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 592, yanvar-avqust isə 3 339 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan avqustda 366 mənzil, yanvar-avqustda isə 1 447 mənzilə sahib olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
İqtisadiyyat 17:40
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
İqtisadiyyat 17:14
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
İqtisadiyyat 15:33
Azərbaycanda əmək pensiyalarının növbəti indeksləşdirilməsi diferensial həyata keçirilə bilər
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
İqtisadiyyat 14:52
Dünya Bankı: Ermənistan əhalisinin təxminən üçdə ikisi yoxsul və ya həssas qruplardadır
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
İqtisadiyyat 14:42
Dünya Bankı: Azərbaycanın güclü makroiqtisadi buferləri var
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
İqtisadiyyat 11:19
Brayza: TRIPP Cənubi Qafqazda dayanıqlı sülh üçün zəmin yarada bilər
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
İqtisadiyyat 09:49
“Azeri Light” neftinin qiyməti 125 dollara yaxınlaşıb
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol