• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə Statistika Komitəsi hədəfə alındı: "Ciddi səhvləri var"

Milli Məclisdə Statistika Komitəsi hədəfə alındı: "Ciddi səhvləri var"
20.06.2014 15:42
Milli Məclisin iyunun 20-də keçirilən iclasında deputatlar Dövlət Statistika Komitəsinin fəaliyyətini sərt tənqid ediblər.
Modern.az saytı xəbər verir ki, statistik məlumatların yanlış verilməsinə görə cərimənin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib ki, Dövlət Statistika Komitəsi rəsmi bülletenlərində böyük təhriflərə yol verilir: 
“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik statistik məlumatları qaydaları və qanunauyğun şəkildə çatdırmayan təşkilatlara kəsilən cərimənin miqdarının artırılmasını nəzərdə tutur. Bu da təbiidir, başadüşüləndir. Mənim bununla bağlı bir sualım var, əgər Komitə statistik məlumatları düzgün çatdırmırsa, bu cərimələr onlara da şamil olunacaqmı? Çünki Statistika Komitəsinin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər. Hər halda belə hallar mövcuddur”. 
Deputat Sabir Rüstəmxanlı da bildirib ki, Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: “Statistika Komitəsinin məlumatı ya yanlış olur, ya da insanların hissiyyatına toxunan formada verilir. Əhalinin son siyahıya alınması zamanı açıqlanan statistik məlumatlar buna bariz nümunədir. Bu məsələlərlə aydınlıq gətirilməlidir”. 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: “Bunu Statistika Komitəsinin sədrinin diqqətinə çatdıracam”.
Milli Məclis yanlış statistik məlumat verilməsinə görə cəriməni 35-50 manatdan 300-700 manatadək artırıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:06
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycanda Ombudsmandan şikayət edən vətəndaş görməmişəm - deputat
Siyasət 10:14
Azərbaycanda Ombudsmandan şikayət edən vətəndaş görməmişəm - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol