Azərbaycan-Türkiyə Enerji Forumunda 6 sənəd imzalanacaq
Bu gün Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində 6 sənəd imzalanacaq.
İlk sənəd Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu olacaq.
Bundan başqa, Azərbaycan ilə Türkiyə hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Sazişə imza atılacaq.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.
www.anews.az