İcra başçısının müavini vəzifəsindən azad edilib- ƏMR
Cəlilabad İcra Hakimiyyətinin (RİH) başçısının müavini vəzifəsindən azad edilib.
www.anews.az
Bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı Tapdıq oğlu işdən çıxarılıb.
Alıcı Dilavərov Cəlilabad RİH-nin sabiq başçısı Namiq Zeynalovun dövründə həmin vəzifəyə təyin edilmişdi.
Namiq Zeynalov ötən ilin dekabrında həbs edilib.
www.anews.az