Türkiyədəki səfir şəhid ailəsini qəbul etdi
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən müharibəsi şəhidi, baş leytenant Valeh Məmiyevin ailəsini qəbul edib, bu barədə səfirliyin "Twitter” hesabında bildirilib.
Səfir həmçinin, şəhid övladları Anar İbrahimli, Şəbnəm Qubadova və Vətən Müharibəsi qazisi Anar Mövsümovu da qəbul edib.
İkinci Qarabağ müharibəsi şəhidi, baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankarada səfərdədir.
Valeh Məmiyev təlimlər zamanı Hulusi Akara "torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verib.
www.anews.az