Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycanın tanınmış karateçisi Firdovsi Fərzəliyev Abşeron Rayon Poilis İdarəsində (RPİ) yeni vəzifəyə təyin edilib.
Anews.az "report"a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, o, Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.
F.Fərzəliyev Bakı-2015 I Avropa Oyunlarında qızıl, Minsk-2019 II Avropa Oyunlarında gümüş medal qazanıb. O, 2016-cı il dünya çempionatında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə etsə də, 2017-ci il Dünya Oyunlarının qalibi olub.
www.anews.az