• $
  • £

Səfir azərbaycanlıların Ukraynadakı vəziyyətindən DANIŞDI

Səfir azərbaycanlıların Ukraynadakı vəziyyətindən DANIŞDI
24.02.2022 17:17
Ukraynada baş verən döyüşlərdə Azərbaycan vətəndaşları xəsarət almayıb, lakin hər an təhlükəli və narahatedici xəbərlər gəlir, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova İTV-də canlı yayımda bildirib.

"Məsələn, bir diplomatımız Nailə Mirqorod şəhərində yaşayır. Orada hərbi aerodromu darmadağın ediblər. Xarkovdan narahatedici xəbərlər gəlir. Xarkovda xeyli sayda azərbaycanlılar var. Onların dəqiq sayını deyə bilmərik. Biz diaspora təşkilatının rəhbərlərinə zəng etdik. Lakin onların bəziləri artıq Azərbaycandadır, bəziləri də konkret say deyə bilmədilər. Xarici İşlər Nazirliyi, cənab nazirlə mütəmadi əlaqə saxlayırıq”, - deyə səfir qeyd edib.
Elmira Axundovanın sözlərinə görə, səfirlik Ukraynanın Türkiyədəki Səfirliyi ilə əlaqədədir: "Vətəndaşlarımızı hərbi qüvvələrin, hərbi obyektlərin cəmləşdiyi əraziyə getməkdən çəkinməyə, sərhəd vilayətlərinə səyahət etməməyə çağırırıq. Öz evlərində qalsınlar, hələ ki, bu, ən təhlükəsiz variantdır. Bizdə olan məlumatlara görə, bütün yollar tıxacdır”, - deyə o bildirib. 

Səfir qeyd edib ki, hazırda Ukraynada vəziyyət gərgindir.
 
"Biri deyir rus ordusu Xarkovu tutub, o biri deyir Lvovu. Hələ ki, informasiya dəqiq deyil. Dezinformasiyalara inanmayın. Burada vatsap və internetdən başqa, adi telefon belə işləmir. Harasa zəng etmək, çox çətindir. Telefonlar blok olunub. Telefon vasitəsilə biz demək olar ki, heç yerə çıxa bilmirik”, - deyə o bildirib.

Elmira Axundova əlavə edib ki, Kiyevdəki səfirlikdə və Xarkovdakı fəxri konsulluqda vətəndaşlar üçün qaynar xətt yaradılıb.
 
"Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycanın Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”, - deyə o vurğuladı.
 
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol