• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslar depressiyadadır - Zelenski

Ruslar depressiyadadır - Zelenski
03.03.2022 15:03
Ukrayna xalqının göstərdiyi  dözümlülük Rusiyanı öz taktikasını dəyişməyə vadar etdi,  bunu  prezident Vladimir Zelenski  xalqa yeni müraciətində deyib. 
 
Ukrayna prezidenti Vladimir Zelenski xalqa növbəti video müraciətində  bildirib ki, Rusiyanın Ukrayna şəhərlərini raket-bomba atəşinə tutması  bizim torpağımızda istəklərinə nail ola bilməməsindən xəbər verir. Bizim bütün müdafiə xətlərimiz yerində qalıb. Heç bir strateji istiqamətdə düşmən uğur əldə edə bilməyib. Onlar depressiyadadırlar", - Zelenski deyib.
 
"Biz hər bir evi , hər küçəni, hər şəhəri bərpa edəcəyik. Biz Rusiyaya deyirik:reparasiya  və kontribusiya sözünü öyrənin. Dövlətimizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyə görə bizə kompensasiya verəcəksiniz", - o, davam edib.

"Elə bir silah yoxdur ki, bizə qarşı, Ukraynanın azad vətəndaşlarına qarşı istifadə etməyəsiniz. İndi də çıxıb təbliğatçılarınıza deyirsiniz ki, Ukraynaya qondarma humanitar yardım  göndərəcəksiniz. Allahsızlar yadınızda saxlayın,  milyonlar sizi  lənətləyəndə özünüzü xilas edə bilməyəcəksiz," - Ukrayna prezidenti əlavə edib.

O qeyd edib ki, daha əvvəl yaradıldığını elan etdiyi əcnəbi legiona 16 min əcnəbi yazılıb və onlardan birincisi artıq yoldadır.

Zelenski çıxışının lap sonunda ukrayna dilindən  rus dilnə keçərək "evə get. Öz evinə. Rusdilli əhalini dünya üzrə yox pz evində qoru. Torpağında 150 milyon yaşayır. Burada isə - Ukraynaya eşq olsun" deyib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol