• $
  • €
  • ₽
  • ₺
  • £

Putin müharibəni dayandırmağın şərtini açıqladı

Putin müharibəni dayandırmağın şərtini açıqladı
06.03.2022 17:51
Rusiya Ukraynada həyata keçirdiyi "xüsusi əməliyyatı" yalnız rəsmi Kiyev hərbi əməliyyatları dayandırdığı və Rusiyanın tələblərini yerinə yetirdiyi təqdirdə dayandıra bilər. Bunu Kremlin mətbuat xidməti  Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayip Eroğan arasında olan bir saatlıq söhbətin nəticələrinə dair yaydığı press relizdə bildirib. 
 
Putin həmçinin Ukraynada əməliyyatların ğncədən müəyyən edilən qrafik əsasında aparıldığını da  vurğulayıb. 
 
Buna cavab olaraq Ərdoğan  Türkiyənin hər zaman münaqişənin  sülh yolu ilə nizamlanmasına yardım etməyə hazır olduğunu söyləyib.  
 
Ukrayna prezidenti Vladimir Zelenski isə öz videomüraciətində Ukraynanın sona qədər  öz ərazi bütövlüyünü  müdafiə edəcəyini bildirib. 
 
Rusiya vətəndaşlarına üzünü tutan Ukrayna prezidenti həmçinin onları susmamağa səsləyib. 
 
"Rusiya vətəndaşları! Sizin üçün bu yalnız sül uqrunda mübarizə deyil! Bununla siz öz ölkəniz uğrunda mübarizə aparmış olacaqsız. Öz ölkənizdə  yaxşı nə qalıbsa onun uğrunda döyüşəcəksiz. Gördüyünüz o azadlıq , hiss etdiyiniz o bolluq uğrunda mübarizə olacaq", - prezident deyib. 
 
Ukrayna müdafiə naziri Aleksey Reznikov Ukraynanın qələbəyə çox yaxın olduğunu və Rusiyanın fiaskoya uğradığını etiraf etmək istəmədiyini  bildirib. 
 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol