Mariupolda əhalini təxliyyəsi yenə baş tutmayıb
Mariupolda mülki əhalini təxliyyəsi dayandırılıb, bunu Ukrayna hakimiyyət dairələri bildirib.
"Rusiya ordusu öz qüvvələrini yenidən qruplaşdırararq Mariupol şəhərini güclü atəşə tutmağa başlayıb. İnsanları belə şəraitdə təxliyə etmək təhlükəlidir", Donetsk vilayəti hərbi-mülki adminstrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
O həmçinin bildirib ki, bu gün Zaporojyedən Mariupola çıxan humanitar yardımla dolu maşın karvanı hələ şəhərə çatmayıb.
Rusiya ordusu həmçinin Kiyevdən 250 kilometr qərbdə yerləşən Vinnitsa hava limanını da raket zərbələri ilə
İndiyə qədər ruslar Ukraynanın şimalında, şərq və cənubunda döyüşlər aparırdı. İndi artıq Rusiya qoşunları qərb istiqamətində də döyüşlərə start verib.
N.Təbrizli
www.anews.az