• $
  • £

Ukraynada dinc əhalinin küçələrdə kütləvi edamı hazırlanır - RUSİYA PLANININ ÜSTÜ AÇILIB

Ukraynada dinc əhalinin küçələrdə kütləvi edamı hazırlanır - RUSİYA  PLANININ ÜSTÜ AÇILIB
07.03.2022 09:52
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukraynanın Rusiya ordusu tərəfindən ələ keçirilmiş şəhərlərində əhalini qorxutmaq üçün qorxunc əməliyyatlar həyata keçirməyi planlaşdırır.  Bu barədə Böyük Britaniyanın Financial Times (FT) qəzeti Qərb xüsusi xidmət orqanlarına və məmurlara istinadən məlumat verir. 

Məqsəd  bu yolla əhalinin şəhərlərə daxil olmuş Rusiya əsgərlərinə müqavimətini azaltmaqdır. 

"Onlar mümkün etiraz və müqaviməti aqressiv yollarla susdurmaq planları üzərində çalışır. Bura etiraz edən kütlənin vəhşicəsinə dağıdılması, təşkilatçılara qarşı repressiyaların tətbiqi və hətta etiraz edən ukraynalıların kütlə qarşısında edam edilməsi daxildir", -  qəzet məlumatlı məmurlardan birindən sitat gətirərək yazır.   

Ukraynalılar Vladimir Putinin təbirincə desək onları "narkomanlar, neonasistlər və banderaçılardan azad etmək üçün"  göndərdiyi işğalçı Rusiya ordusuna ciddi  müqavimət göstərir. Kreml ancaq Ukrayna ordusu və  ukraynalılar tərəfindən qanuni seçilən ölkə rəhbərliyi ilə döyüşdüyünü iddia edir və  dinc əhali ilə işi olmadığını söyləyir. 

Əli silahsız ukraynalılar isə  tankların qarşısında uzanır,  ruslar tərəfindən işğal edilən şəhərlərdə dişinəcən silahlanmış Rusiya hərbiçiləri ilə açıq  mübarizəyə atılır və etiraz aksiyaları keçirirlər. 


Cəza əməliyyatları Putinə bu müqaviməti qırmağa və ordunun işini asanlaşdırmağa imkan verəcək,  - qəzet yazır. Ən əsası isə bu əməliyyatlar sanksiya və hərbi itkilər səbəbindən iqtisadi problemlər yaşayan Rusiyaya ucuz başa gələcək. 

Rusiya güc nazirliklərinin öz ölkələrində bu kimi cəza əməliyyatlarını keçirmək baxımından yaxşı təcrübəsi var. 

ABŞ USAWC hərbi akademiyasının tətdiqatlarına əsaslansaq deyə biləri ki,  bir ölkənin  işğalı  1 min əhali başına 20 əsgərin göndərilməsini tələb edir. Çeçenistanı sındırmaq üçün isə Rusiya 1 min əhali üçün  150-dən çox  əsgər göndərməli olmuşdu. Bu elə də ucuz deyil. Cəza əməliyyatları isə bu xərcləri xeyli azaltmağa imkan verəcək. 

"Ukraynanın böyük əraziyə malik olması Moskvaya terror yolu ilə bu ölkəni qırmağa imkan verməyəcək. Şəxsi heyətin çatışmadığı bir şəraitdə bu sınanmış və ucuz üsul sayılır", - qəzet European Institute of Peace baş məsləhətçisi Serxio Xaramilyodan sitat gətirir. 

Qəzet yazır ki, bu ilin fevralına ABŞ  BMT-ə Rusiya hərbiçilərinin Ukraynada dinc əhalini sındırmaq üçün belə bir plan hazırladığını  bildirmişdi. Artıq Ukraynanın işğalından sonra kimlərin öldürüləcəyi və həbs edilərək  uzaq düşərgələrə göndəriləcəyi ilə bağlı siyahı da tərtib edilib. 

O zaman Kremlin sözçüsü Dmitri Pekov bunu yalan və feyk xəbər adlandırmışdı.


N.Təbrizli 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol