"TikTok" Rusiyada fəaliyyətini qismən dayandırır
Rusiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqədar "TikTok" burada yeni məzmunun yayılmasını və canlı yayım imkanlarını müvəqqəti dayandırır, bu barədə bazar günü sosial şəbəkənin saytında yerləşdirilmiş bəyanatda deyilir.
www.anews.az
"Rusiyanın yeni saxta xəbərlər haqqında qanunu fonunda bu qanunun təhlükəsizliklə bağlı nəticələrini qiymətləndirənə qədər bizim video xidmətimizdə canlı yayımları dayandırmaqdan və yeni məzmunu dərc etməyə məhdudiyyət qoymaqdan başqa seçimimiz qalmır. Qərar proqramdaxili mesajlaşma funksiyasına təsir etməyəcək", - bəyanatda deyilir.
Rusiya ərazisində dünyanın ən populyar sosial şəbəkələri - «Facebook» və «Twitter»ə giriş bloklanıb.
Rusiya hakimiyyət dairələri həmçinin "Meduza" saytı, Azadlıq radiosu və BBC Ümumdünya xidmətinin saytlarına girişi də məhdudlaşdırıb. Bu işlə ölkə ərazisində saytların fəaliyyətinə cavabdeh olan Roskomnadzor məşğul olur.
Onlar tam bloklanmasa da , domenin müəyyən materialları və səhifələrinə giriş məhdudlaşdırılıb.

Rusiya 24 fevralda Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Ləman Qasımova
www.anews.az