37 ölkə Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir
ABŞ və daha 36 ölkə Rusiya və Belarusun beynəlxalq yarışlara ev sahibliyi hüququndan məhrum edilməsi də daxil olmaqla, yüksək performanslı idman növləri üzrə iştirakının məhdudlaşmaq istəyir.
Bununla bağlı bəyanat ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılıb.
Bu sənədə əsasən, hazırkı təşəbbüsün iştirakçıları Rusiya və Belarusa beynəlxalq idman tədbirlərinin keçirilməsinə icazə verilməməsini müdafiə edirlər. Bildirilib ki, Rusiya və ya Belarus dövləti ilə əlaqələri olan qurumların sponsorluq və digər maliyyə dəstəyini məhdudlaşdırmaq lazımdır.
www.anews.az