İran-Əfqanıstan sərhədində atışma - 2 hərbçi öldü
İran və Əfqanıstan sərhədçiləri arasında toqquşma nəticəsində iki iranlı hərbçi ölüb.
Hadisəni hər iki ölkənin sərhəd xidmətiləri təsdiqləyib.
Bildirilib ki, hadisə Əfqanıstanın Nimroz əyalətinin Kanq rayonunda baş verib.
Münaqişənin baş verməsinə səbəb olaraq anlaşılmazlıq göstərilir. Hadisə ilə bağlı rəsmi açıqlama yayılmayıb.
www.anews.az