İstanbulda 200-dən çox reys ləğv edilib - Səbəb AÇIQLANDI
Əlverişsiz hava şəraiti səbəbindən "Turkish Airlines” aviaşirkəti İstanbulda martın 10-na planlaşdırılan 200-dən çox reysi ləğv edib, Bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bunun 71-i beynəlxalq reysdir. Təkcə Sabiha Gökçen Beynəlxalq Hava Limanında 20 daxili reys ləğv olunub.
Türkiyənin Meteorologiya Baş İdarəsi və qlobal proqnoz sistemləri tərəfindən xəbərdarlıq edilib ki, İstanbulda qarın qalınlığı 20 santimetrə çatacaq.
Güclü, güclü qar yağması, şimal-şərq fırtınaları və güclü soyuq havanın (mövsüm normalarından 6-10 dərəcə aşağı) 10 Mart 2022-ci il Cümə axşamı günündən etibarən İstanbulun bütün nəqliyyat vasitələrinin hərəkətinə təsir edəcəyi proqnozlaşdırılıb.
www.anews.az