Rusiyada “Winston” və “Davidoff” siqaretlərinin satışı dayandırılır
Böyük Britaniyanın "Imperial Brands” tütün şirkəti Rusiyadakı satışları və istehsalını dayandırır, bu barədə TASS agentliyi məlumat yayıb.
Şirkət "Davidoff” və "Winston” siqaretlərini buraxır.
Şirkət Rusiyadakı əməkdaşlarına dəstək olacağını vəd edib.
24 fevralda Rusiyanın Ukraynaya hücumundan sonra bir çox məşhur şirkətlər Rusiyada fəaliyyətini qismən və ya tam dayandırıb.
www.anews.az